“Unibank”dan şikayət
7-11-2014, 17:30
Oxunub: 5 442
Maraqlıdır ki, Dövlət Bayrağı Günü ərəfəsində “Unibank” yenə eyni fənddən istifadə edir
Oktyabrın 18-i Müstəqillik Günü ərəfəsində “Unibank” maraqlı bir elanla diqqətləri cəlb elədi. Elanla “işindən, peşəsindən asılı olmayaraq hər kəs 18 oktyabrda “Unibank” filiallarına dəvətlidir. Bankın elanında o da bildirilir ki, müştərilər üçün sürpriz hazırlanıb. “Sürprizin nədən ibarət olduğunu da elə filiallara gələndə biləcəksiniz” – deyə elanda yazılırdı.
Düzü, elanı oxusam da, diqqətimi elə də cəlb etmədi. Ta ki, 18 oktyabr günü yaxın bir tanışmı dilxor görənədək. Şənbə gününə təsadüf edən həmin gün tanışım dilxorluğunun səbəbini xanımının onu təkidlə “Unibank”ın Mərdəkan filialına göndərməsi ilə izah etdi. Sən demə, xanım elanı oxuyub və kişini göndərib ki, birdən “Albalıkart” verərlər. Kişi də gedib banka, sürprizlə maraqlanıb. Deyiblər ki, bu gün iş yerindən arayış və şəxsiyyət vəsiqəsi gətirməklə kredit ala bilərsiniz. Sürpriz isə odur ki, bu zaman müştəridən komisyon haqq alınmayacaq. Özü də adınızda kredit olmasa daha yaxşıdır. Kredit olsa belə, heç bir ləngitmə olmamalıdır. Kişi də kor-peşman qayıdıb geri və hirsini də xanımının üstümə töküb: “Bütün xalqı çağırırlar banka. Bəlkə biri işləmir, elanı oxuyub banka getsə nə cavab verərdilər. Lap işləyən olsa belə, 1 günə - özü də şənbə günündə iş yerindən arayış almaq olar? Dolayıblar camaatı...”
Maraqlıdır ki, Dövlət Bayrağı Günü ərəfəsində “Unibank” yenə eyni fənddən istifadə edir. Bu dəfə hətta yayılan elana “Albalıkart”ın şəkli də əlavə edilib: "Unibank" Bayraq günü ilə əlaqədar ölkə vətəndaşları üçün xüsusi sürprizlər hazırlayıb. İşindən və peşəsindən asılı olmayaraq hər kəs 8 noyabrda "Unibank" filiallarına yaxınlaşaraq,bu sürprizdən faydalana bilər. Sürprizin nədən ibarət olduğunu isə elə filiallarımıza müraciət edəndə biləcəksiniz.”
Sürprizin nədən ibarət olduğunu öyrənmək üçün bankın 117 saylı məlumat mərkəzinə müraciət etdik. Telefonu qaldıran Günay adlı operator xanımın dediklərindən məlum oldu ki, “sürpriz” eynidir. Fərqli olan yalnız budur ki,
bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilərlər.
Bankın keçirdiyi kampaniya çərçivəsində noyabrın 8-də rəsmiləşəcək bütün kreditlərə görə komisyon haqq alınmayacaq. Soruşanda ki, noyabrın 8-də müraciət etsək, kredit ayrılmasına dair qərar həmin gün veriləcəkmi? Cavab bu oldu ki, onu yalnız filiala gedəndə öyrənə bilərik. Bax, belə. İşindən-peşəsindən asılı olmayaraq hər kəsi filialına çağıran bank aldadıcı reklamla istehlakçı hüquqlarını pozduğunun fərqində belə deyil. Ümid edək ki, İqisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Unibank”ın bu reklamlarının fərqinə varacaq...
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
tia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər