“London taksi”lərində sayğac niyə işləmir?
11-11-2014, 12:15
Oxunub: 3 804
Bəzi “London taksi”lərində sayğacın işləmədiyi məlum olub
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Hava limanından şəhərə doğru gələn London taksilərində sayğaclar işə salınmır. Sərnişinlərə isə bu haqda əvvəlcədən məlumat verilmir.
Bunun səbəbini sürücülərdən soruşduqda isə belə bir vəziyyəti gündəlik planlarının artırılması ilə izah edirlər.
Bildirirlər ki, gündəlik plan 40 manata qaldırılıb.
“Sayğac işləyəndə biz bu planı doldura bilmirik. Ona görə də bu metoda əl atmışıq. Dəfələrlə rəhbərliyə etirazımızı bildirsək də, bizi işdən çıxarmaqla hədələyiblər. Bir neçə sürücü də bu səbəbdən işdən çıxarılıb. Bundan sonra digərləri də səsini çıxara bilmir. İşimizi itirmək təhlükəsi ilə üzləşirik”.
Qeyd edək ki, “ London taksiləri”nin digər taksilərdən özəlliyi onun getdiyi məsafənin qiymətini sayğacla göstərməsidir. Hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib. Belə olan halda sürücülərin sayğac sisteminin işə salmaması haqlı olaraq müştərilərin də narazılığına səbəb olur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər