BolgeXeber.Com » Analitika » Avtomobili əzilmiş vətəndaş AKKORD-dan prezidentə şikayət edir-FOTO

Avtomobili əzilmiş vətəndaş AKKORD-dan prezidentə şikayət edir-FOTO

20-11-2014, 15:40
Oxunub: 10 668 AKKORD şikəst etdiyi vətəndaşı həbsə saldırıb?

Qaradağ sakini şirkətin sürücüsü üzündən ayağının itirib, “Ugur 2”də yaşayan sakinlərin əzilmiş maşınlarının da pulunu vermir .Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayan Nizami Niyazi oğlu Salmanov dövlət başçısı, ölkənin Birinci Xanımı və digər dövlət məmurlarına müraciət edərək, “Akkord” Sənaye–Tikinti İnvestisiya Korporasiyasından şikayət edib.
Bolgexeber.com-a göndərilən şikayət məktubunu təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyevə,Fövqəladə Hallar Naziri Cənab K.Heydərova, Baş Prokuror Cənab Z.Qaralova,
AKKORD Korporasiyası Müşahidə Şurasının sədri S. Çalbıyıka, H.Əliyev Fondunun prezidenti Xanım M.Əliyeva Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayan Nizami Niyazi oğlu Salmanov tərəfindən
Ş İ K A Y Ə T
Çoxhörmətli Prezident! Mən, Nizami Salmanov AKKORD Sənaye – tikinti İnvestisiya Korporasiyasından aldığım Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayıram. Həmişə olduğu kimi mənə məxsus olan 10 SP 773 Dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı minik avtomobilimi yaşadığım binanın avtodayanacaq üçün nəzərdə tutulan hissəsində park etmişdim. Oktyabrın 19-dan 20-nə keçən gecə baş vermiş güclü külək nəticəsində dayanacağın yanındakı binanın yan hissəsinə quraşdırılmış yardımçı lift küləyin təsirindən aşaraq 3-4 avtomobilin üzərinə düşmüş və ciddi ziyan vurmuşdur. Biz sakinlər əvvəlcə AKKORD-da məxsus binaların rəhbəri hesab edilən Ramin adlı şəxsə hadisə ilə bağlı müraciət etdik. O qeyd etdi ki, AKKORD-un Ağa Nemətulla küçəsində yerləşən baş ofisinə ərizə ilə müraciət edək. Ərizəmiz qəbul olundu.Və bizə bir ay ərzində dəymiş ziyanla bağlı cavab veriləcəyi bildirildi. Ertəsi gün Vüqar adlı nümayəndəsini hadisə yerinə göndərdilər. Vüqar zədələnmiş avtomobillərin şəkillərini çəkdi, hadisə şahidlərini dinlədi. Mən, avtomobilimin təmiri üçün Xətai rayonu, Qafqaz küçəsində yerləşən “Avtoservis 333” texniki xidmətinə müraciət etdim. Oktyabrın 24-də avtomobilimə texniki baxış keçirilərək 16- saylı Qüsur akt tərtib edildi. Ehtiyat hissələri maqazinindən 300 AZN məbləğində lazımi hissələr alıb servisə verdim.( qəbz təqdim edilir) iki həftə ərzində avtomobilimi təmir edib verdilər. Budur, bu gün 19 noyabrda mənə AKKORD-dan zəng edib bildirdilər ki, dəymiş ziyana görə cəmi 200 AZN ödəməyə imkanımız vardır. Vəssalam. Cavabı eşidib şok keçirirəm. Görün bu məsuliyyətsiz məmurlarda nə dərəcədə aşınmalar baş verib ki, çəkdiyim xərcin heç olmasa 50%-ni də yox, az bir hissəsini ödəməyi vəsaitlərinin olmaması ilə əsaslandırırlar. Amma paytaxtımızda çox adam bilir ki, çoxsaylı yaşayış binaları tikən, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiyada iri layihələri həyata keçirən, respublikamızda magistral yolların və tunellərin çəkilməsi üçün bütün tenderlərin qalibi olmuş, iri sement və mərmər zavodlarına sahiblik edən bu korporasiyanın fondunda ən azı 4-5 milyard vəsait olmamış deyil. Bəs nə baş verir? O baş verir ki, mənim kimi sadə Azərbaycan vətəndaşına qarşı sadəcə etinasızlıq, daha doğrusu şirkətin aidiyyatı məmurlarında insani hisslərin çatışmamazlığı prosesi baş verir. Bu məmurlar şirkətin və özlərinin nüfuzuna arxalanaraq güman edirlər ki, mən uzaqbaşı məhkəməyə müraciət edəcəyəm, onlar da prosesləri 3-4 il uzatmaqla məni bezdirəcəklərini düşünürlər. Amma səhv edirlər. Əslində onların düşündüyü praktika bu yaxın zamanlarda baş vermişdir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Muxtarov Coşqun Fərmayıl oğlu 2008-ci il noyabr ayında Siyəzən rayonu yaxınlığında özünə məxsus MERCEDES E-240 markalı avtomobilini şossenin kənarında müvəqqəti park edərkən “Akkord”da məxsus QAZel markalı yük avtomobili ehtiyatsızlıq edərək sürücünü və avtomobili əzmişdir. Nəticədə Coşqunun sol ayağı dizdən amputasiya edilmiş, vətəndaş əlil qalmışdır. “Akkord”un məmurları zərərçəkmişə şikayət etməməsi üçün əvvəlcə çoxsaylı vədlər vermiş, sonra vədlərinə xilaf çıxmışlar. Coşqun isə müalicəsi üçün “Akkorda arxayın olub borc aldığını iş qabiliyyəti olmadığından qaytara bilmədiyinə görə həbsə atılmışdır.Zərəçəkmiş hazırda da həbs həyatını davam etdirir. Anası Şəfiqə xanım oğluna dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmələrə müraciət etsə də bir neçə ilin süründürməçiliyndən sonra Ali Məhkəmə dəymiş ziyanın 4000AZN miqdarında ödənilməsi barədə çıxarılmış məhkəmə qətnaməsini qüvvədə saxlamışdır. Budur, hadisədən 6 il keçdikdən sonra 2014-cü ilin aprelində məhkəmə qətnaməsi icraata verilmiş, “Akkord” 4000AZN pulu nəhayət ödəmişdir.Bu da bir insan həyatının qiyməti.
Cənab Prezident mən ona görə “Akkord”un sadə azərbaycanlı vətəndaşının başına gətirdiyi müsibəti xatırladıram ki, mən də öz növbəmdə məhkəmə yollarında sürünmək istəmirəm. Təbbi ki, Coşqunun aqibəti məni də gözləyir. Ona görə Dövlətimizin başçısı kimi Sizə müraciət edərək çox xahiş edirəm ki, “Akkord” tərəfindən mənə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə, Nizami Niyazi oğlu Salmanov
Bolgexeber.com