BolgeXeber.Com » Analitika » "Azəraqrartikinti" sədrinin villası Xan sarayına bənzəyir... - FOTO

"Azəraqrartikinti" sədrinin villası Xan sarayına bənzəyir... - FOTO

21-11-2014, 13:25
Oxunub: 4 875 "Azəraqrqrtikinti"ASC-nin sədri Xəzərin bir neçə yüz metrliyində, Novxanı kəndində prezident sarayı ilə müqayisə edilə biləcək layihə reallaşdırır

Ötən saylarımızdan birində xəbər vermişdik ki, Milli Məclisin deputatı, "Azəraqrartikinti" ASC İdarə Heyətinin sədri Ağalar Vəliyev Bakıətrafı kəndlərdən birində dənizdən 500 metr məsafədə özünə ölkədə analoqu olmayan coxqübbəli çoxmilyonluq villa tikdirir. Mübarək olsun, sağlığına qismət. Allah bütün arzulayanlara da qismət eləsin-demişdik. Qeyd etmişdik ki, villada bəzək-düzək işləri aparılmaqdadır. Bu məqsədlə bir sıra Avropa, Şərq və qədim Çin memarlıq mədəniyyətinin biliciləri cəlb olunub.

Bu günlərdə oxucularımızın səyi ilə Ağalar müəllimin yeni villasının görüntülərini əldə edə bilmişik. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub. Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, "Azəraqrartikinti" ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?
"Gündəlik Bakı"