BolgeXeber.Com » Analitika » Keçmiş polis işçisi DYP-də başına gələnlərdən şikayətçi düşdü

Keçmiş polis işçisi DYP-də başına gələnlərdən şikayətçi düşdü

30-12-2014, 09:45
Oxunub: 4 536 «Onun cavabından belə çıxdı ki, o cür nbmrələr, dövlətçiliyə xidmət edənlərə deyil, oliqarxlara məxsusdur»

Balakişi Hüseynov: «Özümə 99-999 dövlət nömrə nişanı almaq istəyirdim, BDYPİ-də isə bunu ancaq oliqarxların ala biləcəyini dedilər»
Bolgexeber.com bildirir ki,istefada olan polis, Masallı rayonunun sakini, YAP-ın üzvü Balakişi Hüseynov növbəti dəfə Daxili İşlər naziri, general Ramil Usubova müraciət ünvanlayıb.

İstefada olan polis bildirir ki, uzunmüddətdir Daxili İşlər Orqanlarında qüsursuz xidmət göstərərək, pensiyaya çıxıb. Əlində olan müəyyən imkanları nəzərə alaraq özünə avtomobil almaq istədiyini qeyd edən Hüseynov vurğulayır ki, aldığı maşina «zerkalnı» nömrə almaq da fikrindədir.

99-999 dövlət nömrə nişanına sahib olmaq arzusunda olan Balakişi Hüseynov yazır ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. «Onun cavabından belə çıxdı ki, o cür nbmrələr, dövlətçiliyə xidmət edənlərə deyil, oliqarxlara məxsusdur».

DİN başçısı Ramil Usubova xitabən sabiq polis əməkdaşı bildirir ki, vəziyyətin belə olması heç də onu sevindirmir. «Əksinə, mənə elə gəlir ki, gənc əməkdaşlarla artıq sözlə yox, praktiki olaraq formalaşdırmaq vaxtı çoxdan çatıb. Yəni, gənc əməkdaşlar praktiki olaraq görəndə ki, polis orqanlarında natəmiz əməllərlə işləyib, çıxanın hər şeyi var və hər şeyə nail olur, lakin təmiz və dövlətçiliyə sədaqətli olan veteranların isə təqaüddən başqa heç bir şeyi yoxdur və onu heç yerdə eşitmirlərsə , onda gənc əməkdaşlar arasında hansı təlim tövsiyyədən , hansı inamdan söhbət gedə bilər. Əgər hər hansı oliqarx qeyd etdiyim nömrə nişanını asanlıqla ala bilirsə , polis veteranı ala bilmirsə hansı inamdan söhbət gedə bilər?»

Generala üz tutan sabiq polis işçisi nazirdən qanunun aliliyini təmin etməyi, arzuladığı dövlət nömrə nişanının alınmasına yardımçı olmasını istəyib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com