BolgeXeber.Com » Analitika » Lənkəran DYP-nin əməkdaşlarından özbaşınalıq

Lənkəran DYP-nin əməkdaşlarından özbaşınalıq

5-01-2015, 15:05
Oxunub: 5 104 "Biz özümüz bilərik kimi saxlayırıq,kimi saxlamırıq"

Bolgexeber.com bildirir ki,bu gün BTV-nin (Bolgexeber.TV) əməkdaşları bayram tədbirləri ilə əlaqədar Lənkəran şəhərində çəkiliş aparan zaman çəkiliş qrupunun olduğu avtomobil yol ilə hərəkət edərkən bütün maşınların döndüyü istiqamətdə dönüb. Lakin 10-YP-299 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan Lənkəran DYP-nin yol polisi əməkdaşları avtomobili saxladaraq buradan dönmənin düzgün olmamasını və bunun yol hərəkəti qaydalarının pozuntusu olmasını deyiblər. BTV-nin (Bolgexeber.TV) əməkdaşları cavabında bildiriblər onlar hal-hazırda çəkilişlə əlaqədar şəhərdə qonaqdırlar, bundan başqa ərazidən dönmə əməliyyatının qadağan olunmasını bildirən heç bir yol işarəsi yoxdur. Bolgexeber.TV-nin əməkdaşları hətta Lənkəran DYP-nin əməkdaşlarına mədəni şəkildə “əgər səhvimiz varsa onda protokol tərtib edin çıxıb gedək”deyə müraciət ediblər. Lakin DYP-nin əməkdaşları sürücünün yol hərəkəti qaydalarını pozmamasnı çox gözəl bildiklərindən buna məhəl qoymayıblar və bunun onlara başağrı olacağından çəkinərək təbii ki, heç bir protokol tərtib etməyiblər.

BTV-nin (Bolgexeber.TV) əməkdaşları həmçinin “əgər yolun bu hissəsindən dönmək qanunsuzdursa nəyə görə onlardan əvvəl də,sonra da bütün avtomobillərin yol polisi əməkdaşlarının gözü qarşısında deyilən yerdən döndüyü halda məhz onlar saxlanılır”haqlı iradına dözümsüzlük və kobudluq nümayiş etdirib. Belə ki, saxladıqları avtomobildəkilərin jurnalist olduğunu biləndən sonra yol polisi əməkdaşı əsəbləşərək ”Pozmusuz da qaydanı... Biz özümüz bilərik kimi saxlayırıq, kimi saxlamırıq, başqa maşınları saxlayıb-saxlamamaq bizim səlahiyyətimizdədir,siz kimsiniz ki, bizə yol göstərirsiniz ”deyərək maşının açarlarını sürücüdən götürüb yerə çırpıb. Qeyd edək ki, əməkdaşlarımız Lənkəranda texniki baxışsız, gizli nömrəli avtomobillər və sairə neqativ hallarla bağlı reportaj hazırlayırlar və yaxın zamanlarda həmin reportajı təqdim edəcəyik.
Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı BTV-nin rəhbərliyi aidiyyəti qurumlara müraciət edəcək.
Bolgexeber.com