BolgeXeber.Com » Analitika » Xətai rayonu satışa çıxarılıb

Xətai rayonu satışa çıxarılıb

19-01-2015, 12:05
Oxunub: 4 253 Xətai rayonunda torpaq qalmayıb

Bolgexeber.com-un məlumatına görə, Xətainin icra başçısı rayonlar arasında ən çox torpaq satan rəhbər kimi seçilir. Əhmədli qəsəbəsində və “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən yolkənarı əraziləri satmaqla məşğul olan icra başçısı rayonu qarış-qarış peşkəş edib. Əldə etdiyimiz məlumata görə, Razim Məmmədov əlaltıları vasitəsi ilə əraziləri satır və hətta sənədləşdirmə işlərinə də yardımçı olur. Bildirək ki, bir müddət əvvəl Ukrayna dairəsi yaxınlığında da R.Məmmədova məxsus qeyri-qanuni tikililər barədə mətbuatda xəbərlər yayılmışdı. Başçının 2009-cu ildən vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər dolaşsa da məlumatlar öz təsdiqini tapmır.
Bolgexeber.com