“Qarasu” Neft Şirkəti ilə bağlı daha bir iddia - İttiham var...
21-01-2015, 11:55
Oxunub: 5 805
“Əmin olun ki, bu sənədləri SOCAR və hüquq mühafizə orqanlarına təqdim etsəniz bunların hamsını həbs edərlər”
Bolgexeber.com bildirir ki,teref .infonun ünvanına Qarasu əməliyyat şirkətində ki, qanunsuzluqlarla bağlı daha bir məktub daxil olub.Redaksiyamızın elektron ünvanına göndərdilən məlumatda müəllif qısa fikirlərini də qeyd edib.Müəllif qeyd edir ki, “Qarasu” Neft Şirkətindətində baş verənlərlə bağlı, göndərilən sənədlər haqqında qısa məlumat vermədən öncə onu qeyd etmek isteyir ki,bu adları çəkilən adamlar işdən getməyənə kimi ifşa olunacaqlar və onlar hətta işdən getsələr belə, onların törətdikləri cinayətlər və dövlətimizə vurduqları maddi ziyan Azərbaycan qanunları ilə cəzalandırılaraq dövlətə geri qaytarılmalıdır.
Mənbə redaksiyamıza göndərdiyi məlumatda qeyd edir ki, “Qarasu” Neft Şirkətdə kök atmış mafiyanın bütün maxinasiya sənədlərinin hamısı əllərindədir.
“Əmin olun ki, bu sənədləri SOCAR və hüquq mühafizə orqanlarına təqdim etsəniz bunların hamsını həbs edərlər”.-deyə qeyd olunan məlumatda iddia edilir ki, 1 il də Alışov Arif və onun bandası (Adil Bəylərov ,Vuqar Abıyev, mühafizənin rəisi Namiq) şirkətdən göstərilən sənədlərə əsasən 3 milyon AZN pul oğurlayıblar.
“ Kimdir Adil Bəylərov? Adil Bəylərov “Qarasu” Əməliyyat Şirkətində qarajın müdürüdür.Tabe olduğu şəxs və rəhbəri Arif Alışov və Vuqar Abıyevdi. Özü də Arif Alışovun ən yaxın qohumudur”.
Şirkətin yararsız (spisat) olunmuş maşınlarını təmir adı ilə mühafizənin rəisi Namiqin əli ilə açdıqları şirkətlərə yollayaraq, küllü miqdarda pul silərək cinayyət yolu ilə pul qazanırlar.
“Bunların bütün maxinasiyalarını və finans (Maliyyə) sənədlərini maddi sübut olaraq sizə yollayırıq”.
Məlumatda daha sonra qeyd edilir ki, “Qarasu” Neft Şirkətinə dəyərindən 10 qat çox qiymətə nəqliyyat vasitələri alaraq şirkətə və dövlətimizə küllü miqdarda zərər vurulub. Bu cinayyəti SOCAR-dan və vergi orqanlarından gizlədərək küllü miqdarda pul qazanılıb. Məlumatda iddia edilir ki, 1-“azenmaş” deyilən qurğunu dövlət nişanı H025 753,öz qiyməti 187890 AZN olduğu halda dövləti və şirkəti aldadaraq, yüksək qiymət göstərib 338 min ABŞ dollarına şirkətə 2 ədəd belə qurğunu alıbılar. Toplam cəm 700 min ABŞ dolları.
“İki ədəd yarımqoşqunun öz dəyəri 50 min ABŞ dolları olduğu halda, 204 min ABŞ dolları,yəni yüksək qiymət göstərərək alınmışdır. Gördüyünüz kimi bunların hamsının başında “Qarasu” şirktinin Nəqliyyatın Təminatı şöbəsinin müdiri Arif Alışov və onun müavini Vuqar Abıyev, Nəqliyyat sexnin rəisi Adil Bəylərov dayanır”-deyə mənbə iddia edir ki, yaxın günlərdə redaksiyamıza Vuqar Abıyevin “Qarasu” Neft Şirkətinin Nəqliyyat sexindən və şirkətin anbarından avtomobillərin ehtiyyat hissələrini öz avtomobilinə yığaraq evinə necə daşıdığının video görüntülərini təqdim edəcək. Mənbə məlumatında iddia edir ki, şirkətdən oğurlanan ehtiyyat hissələri, yenidən “Qarasu” Neft Şirkətinə böyük pullara özləri tərəfindən satılır. Bununla bağlı sənədləri yaxın günlərdə redaksiyamıza göndərəcəyini qeyd edən mənbə, iddia edir ki, bütün bunların hamısının şirkətin mühafizə postundan (məntəqəsindən) maneyəsiz keçirən mühafizənin rəisi Namiqin də görüntüləri redaksiyamıza təqdim olunacaq.
Mənbə məlumatında vurğulayır ki, bu şəxslərin törətdikləri əməllərdən bütün şirkət bezib.
“Biz bu sənədlərin hamsını yaxın günlərdə prezident Aparatına və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə də yollayacağıq”-deyə məlumatda qeyd edən mənəb bildirir ki, yaxın günlərdə “Qarasu” Neft Şirkətinə SOCAR Petrolyumdan gələn benzinin Arif Alışovun və onun adamlarının şirkətə deyil, kimlərə satdığı barədə sənədləri təqdim edəcək.
mənbə
Rahil Bayramov
P.S: Çox təssüflər olsun ki,Rahil Bayramov — nın “Qarasu” Neft Şirkətində baş verənlərlə bağlı redaksiyamızın elektron ünvanına göndərmiş olduğu ittihamlarla dolu,eyni zamanda da təqdim olunan rəsmi sənədlərlə bağlı hər hansı münasibət bildirilməyib.
Bütün adları çəkilən şəxsləri dinləməyə və fikirlərini çap etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər