Bu icra bascıları yola salınacaq-SİYAHI
31-01-2015, 12:45
Oxunub: 7 254
İcra başçılarının ələmə prosesi davam edir
Məlum olduğu kimi, dünən prezident İlham Əliyev 3 rayonun icra başçısının yerini dəyişdi. Belə ki, dövlət başçısının sərəncamına uyğun olaraq Quba rayonuna rəhbərlik edən Mübariz Ağayev Göyçaya, Göyçay rayonuna rəhbərlik edən Mənsur Məmmədov Ucar rayonuna, Ucar rayonuna rəhbərlik edən Yaşar Məmmədov isə Quba rayonuna icra başçısı təyin edildi.
Əslində belə bir yerdəyişmələrin olacağı əvvəlindən məlumat kimi diqqətinizə çatdırılmışdı və etibarlı mənbələrin xəbərinə söykənərək onu da diqqətinizə çatdırmışdıq ki, eyni zamanda bəzi rayonların icra başçılarının birdəfəlik olaraq görəvdən alınması da planlaşdırılır.
Bu barədə Dia.az-ın əldə etdiyi son bilgilərə görə, hazırda vəzifəsindən azad edilmələri gözlənilən rayon icra başçıları aşağıdakılardır:
1Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov
2.Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov;
3.Nəsimi rayon rayon icra hakimiyyətinin başçısı Nəsib Məhməliyev;
4.Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev;
5.Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev;
6.Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov;
7.Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev;
8.Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev;
9.Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev;
10.Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov və
11. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov.
Bu barədə danışan məlumatlı mənbə bildirir ki, eyni zamanda Gəncə şəhər icra hakimiyyətinin başqçısı Elmar Vəliyevlə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun da başqa bir vəzifəyə təyin olunmaları gözlənilir. Mənbə iddia edir ki, Elmar Vəliyevin ucqar rayonlardan birinə, Eldar Əzizovun isə Bakının rayonlarından birinə göndərilməsi planlaşdırılır.
Bu arada yayılan bir başqa məlumatlarda isə bildirilir ki, hazırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş deputat Əhəd Abıyevin isə Xətai rayonuna - hazırki başçı Razim Məmmədovun yerinə RİH rəhbəri təyin olunması gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər