Ziya Məmmədovun ətrafında müəmmalı yerdəyişmə
10-02-2015, 09:25
Oxunub: 4 538
Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ziya Məmmədov üçün başağrısına çevrilmişdi
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov təyin edilib. Arif Əsgərov isə nəqliyyat naziri Ziya Məmmədovun müavini vəzifəsinə təyinat alıb.
Bolgexeber.com azadlıq qəzetinə istinadən xəbər verir ki, bu Ziya Məmmədovun komandasında ikinci yerdəyişmə əməliyyatıdır. Bundan əvvəl ölkə başçısı nəqliyyat nazirinin nəzarətində olan Quba, Göyçay və Ucarın igra başçılarının yerini dəyişib. Ilham Əliyevin sərəncamına əsasən Qubanın icra başçısı Mübariz Ağayev Göyçaya, Göyçayın icra başçısı Mənsur Məmmədov Ucara, Ucarın icra başçısı Yaşar Məmmədov isə Qubaya icra başçısı təyin edilib.
Yeni təyinatlarla gəlincə, qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ziya Məmmədov üçün başağrısına çevrilmişdi. Dəmiryolçuların etirazları nəqliyyat nazirini hansısa addımlar atmağa məcbur etmişdi. Lakin Ziya Məmmədov yaxın adamı olan Arif Əsgərovu güdaza verməklə probelmi həll etmək istəmirdi. Ziya Məmmədov ən optimal variant kimi Arif Əsgərovun yerini dəyişməyi məqsədəuyğun sayıb. Görünür, nəqliyyat naziri hesab edir ki, bu addımla dəmiryolçuların etirazlarını bir qədər yumşalda bilər. Hər halda onların etiraz etdiyi adam artıq “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deyil.
Cavid Qurbanovun təyinatına gəlincə, “Azəryolservis”in artıq keçmiş sədri ilə Ziya Məmmədov arasında münasibətlər o qədər də ürəkaçan deyildi. Hakim ailə ilə yaxınlığı olan Cavid Qurbanov nazirlə hesablaşmırdı. O, “Azəryolsevris”i müstəqil quruma çevirmək istəyirdi. Ziya Məmmədov isə bununla razı ola bilməzdi. Lakin Cavid Qurbanovu da “vurmaq” iqtidarında deyildi. Ehtimal etmək olar ki, nəqliyyat naziri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirilməsinə razılıq verməyi optimal variant kimi seçib. Onsuz da Ziya Məmmədovun bu dəmiryolundan o qədər də gəlir götürə bilmirdi. Bunun səbəbləri başqa bir mövzudur. “Azəryolservis”ə gəlincə, Ziya Məmmədovun bu qurumu əldə saxlayacağı şübhəsizdir. Nazir hələ Cavid Qurbanovla münasibətləri soyuyanda ora öz adamlarını yerləşdirməyi bacarıb. Bundan başqa bir müddət əvvəl Ziya Məmmədova yaxınlığı ilə seçilən şəxslərdən ibarət komissiya yaradılıb və həmin komissiya “Azəryolservis” işçilərinin attestasiyadan keçirməklə məşğul idi. Bu əslində Cavid Qurbanovun adamlarını “Azəryolservis”dən uzaqlaşdırmaq üçün düşünülmüş bir addım idi.Son təyinatlar nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən ən müəmmalı prosesdir. Arif Əsgərov Z.Məmmədovun ən yaxın adamı - ailə dostu və biznes ortağıdır. Münasibətlər onların övladlarına da təsir edib. Z.Məmmədovun oğlu Anar Məmmədovun hazırda ən yaxın dostluq etdiyi şəxsin A.Əsgərovun oğlu Elnur olduğu deyilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər