Mətbuat Şurasına üzvlük qaydaları təsdiqlənib
20-02-2015, 18:28
Oxunub: 4 394
Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda müzakirə edilən məsələ MŞ-ya üzvlük qaydalarının yeni variantı olub.
MŞ sədri Əflatun Amaşov bildirib ki, yeni variant İdarə Heyətinin üzvləri ilə bir neçə dəfə müzakirə olunub: “Ümumən qaydalar bütün növ media fəaliyyəti ilə məşğul olan qurumlar üçün eyni tələbləri müəyyənləşdirir. Başlıca tələb peşə prinsiplərinə riayət etmək, iş mütəmadiliyini qorumaq və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə uyğun qurmaqdır. Müəyyən spesifik cəhətlər də var ki, onlar əsasən onlayn media resursları ilə bağlıdır. Digər tərəfdən, ənənəvi kütləvi informasiya vasitələrinin, yəni qəzet və jurnalların lazımi tiraj göstəricilərinin dəqiqləşdirilməsi də önəmli cəhətdir”.
Müzakirələr gedişində sənəd qəbul edilib.
MŞ-ya üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılması qərara alınıb. Qaydalar MŞ-nin rəsmi veb-səhifəsində yerləşdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər