BolgeXeber.Com » Analitika » Deputatın adı qalmaqalda- Arif Əşrəfovun biznesi əlindən alınır...

Deputatın adı qalmaqalda- Arif Əşrəfovun biznesi əlindən alınır...

4-03-2015, 12:12
Oxunub: 3 652 Deputatın adı qalmaqalda- Arif Əşrəfovun biznesi əlindən alınır... "55 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən deputat seçilən Arif Əşrəfovun obyektləri əlindən alınır"

Bu barədə Arqument.Az-a deputata yaxın mənbələrdən məlumat daxil olub.

Bildirilir ki, adı dəfələrlə qalmaqallarda hallanan, seçildiyi bölgədə etimadı doğrultmayan və seçiciləri tərəfindən narazılıqla qarşılanan Arif Əşrəfov bu il deputat mandatı ilə birdəfəlik vidalaşacaq. Hətta bununla bağlı ciddi xəbərdarlıq da alıb.

Daxil olan məlumatda qeyd olunur ki, artıq deputatın bir oteli və restoranının bağlanmasına göstəriş verilib.

Mənbənin sözlərinə görə, bir müddət əvvəl icra başçısı olmaq fikrinə düşməsi də Arif Əşrəfova baha başa gəlib.

Qeyd edək ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilən Arif Əşrəfovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə isti münasibətlərinin olduğu iddia edilirdi.

Onu da qeyd edək ki, əlimizdə deputata məxsus olduğu iddia edilən obyektlərl bağlı ilginc məlumatlar var. Həmin məlumatları bəzi dəqiqləşdirmələrdən sonra oxucularımızla bölüşəcəyik.

İddialarla bağlı deputatla əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.