"Mənim də “Bentley”im olsa, rektor qızından aşağı kimsəni döymərəm"
18-03-2015, 12:14
Oxunub: 4 217
Bu dəqiqə rektor qızının döyülmə səhnəsinə baxırdım. Ləzzət elədi. Super. Əla. “Malades”. Əllərinə sağlıq qaqam. Nə çırpırsan amma. Adamı yerlə bir nə sürüyürsən amma…
Sənə də yaraşan bu. Sənin da adına layiq bu. Sənin də bacardığın bu….
Mənim də “Bentley”im olsa rektor qızından aşağı kimsəni döymərəm. Mənim də dədəm korrupsioner, kiminsə anasını ağlar qoyan, oğlunu (oğullarını) bu cür cüvəllağı böyüdən olsa sənin elədiyini edərəm. Mənim də şəhərin göbəyində lotuluq, xuliqanlıq etmə imkanım olsa, bu fürsəti əsla qaçırmaram…
Amma bir söhbət mənə çatmadı: Əl-ayaqla niyə döyürdün ki?.. Sən necə oğlansan, o cür maşında bir silahın yox? O cür ata hər şəraiti yaratmışkən “baqaj”a bir “kalaş”dan zaddan qoymayıb?! Ayıb vallah…
***
Nə isə. Bunlar qalsın bir yana, ən çox bilirsənmi nəyə sevinirəm? – Azərbaycan kişisinin günbəgün mərdləşdiyinə…Əsgərlik, çətinlik görməyən, pambıq içində böyüyən gülməşəkər balaların öz “bacarığını” lazım olan digər məkanlarda göstərdiyinə…Əsl “erkək” obrazını yenidən özünə qaytardığına….
Kişi belə olar! Ay yoxsa get erməni ilə vuruş, halal pul qazan, qız-xanımla nəvaziş -filanla danış, ya da canım sizə desin — “07”-dən — zaddan sür. Yox, “əzizim”. Olmaz. Kişi işi deyil bu…
Kişi dediyin “zloy”olmalıdı, ofisiantı söyməlidi, sözündən çıxan qız — qadını təpikaltı eləməlidi,“instaqram”da dəyəri 100 mindən aşağı düşük — düşük maşınların şəkillərini paylaşmamalıdı, ta nə bilim Antaliyada öz köməkçisini xoruz kimi banlatmalıdı və sair ilaxır….
P.S. Atamı itirdiyim düz 10 ildi. Amma hər belə hadisə görəndə növbəti dəfə xatırlayıb, qınayıram onu…
Axı valideynim çox yox, bir azca övlad düşünən olsa, bu gün mən də “Bentley” sürə, bir an içində məşhurlaşa, cəmiyyət içində ad qoya, bütün media manşetləri özümə həsr etdirə bilərdim…
Axı əksər iri ranqlı məmur balaları kimi mənim də harın olmaq, lotuluq etmək haqqım vardı…
Axı mən də gecənin 4-də qız — qadın döyüb, özümlə fəxr edə, gecələri rahat yata bilərdim….
Oysa, kitabla, halal pulla, elmlə — savadla rəzil günə qoydu məni….
Əsl kişiliyə bir ömürlük qısır qaldım….
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər