Dövlət Əmək Müfəttişliyi məsuliyyətini niyə dərk etmir?-Araşdırma
14-08-2015, 16:23
Oxunub: 4 469
“Əmək müfəttişləri sahibkarlarla sövdələşməyə gedirlər”
Tikinti işlərində əmək təhlükəsizliyin qorunması prioritet məsələdir. Sahibkarların işçilərlə imzaladığı əmək müqaviləsində əks olunan maddələrə həm işçi qüvvəsi, həm də sahibkarlar tərəfindən tam məsuliyyətlə riayət olunmalıdır. Bəs bizdə necə, tikinti sektorunda təhlükəsizlik qaydaları lazımınca qorunurmu?
Arazmedia.az saytının apardığı araşdırmalar bu sahədə kifayət qədər boşluqların, özbaşınalıqların olduğunu ortaya çıxartdı. Konkret faktlara keçək. Məsələn, Qaradağ rayonunda yerləşən daş karxanalarında təhlükəsizlik qaydalarına demək olar ki, qətiyyən əməl olunmur. Heç şübhəsiz ki, bu məsələdə əsas günahkar elə sahibkarın özüdür. Çünki maddi imkansızlıqdan 5-10 manat dalınca sürünən vətəndaşa əmək qaydalarına riayət etmək heç də maraqlı deyil. Onu axşam evinə çörək pulu aparmaq düşündürür.
Nəsimi Abdulov adlı vətəndaş deyir ki, 11 ildir daş karxanasında işləyirəm: ““Güzdək”, “Şıxov”, Korgöz”, “karvan” və başqa daş karxanalarında işləmişəm. Heç vaxt daş karxanasının müdiri ( sahibkar-red.) bizimlə müqavilə bağlamayıb. Ayağımızda ayaqqabı, başımızda da baş geyimi olmur. 3-4 aydan bir Əmək Müfəttişliyindən gəlirlər, o zaman müdir bizə geyim verir, sonra da deyir ki, çıxarın. Əmək müfəttişləri də gəlməmişdən əvvəl müdirə zəng vururlar, sonra da yeyib-içməyə gedirlər”.
Hər şey gün kimi aydın görünür. Əgər belə deyilsə, bəs nə üçün demək olar ki, daş karxanalarında hər ay fəhlələr ya ölür, ya da ölmücül xəsarətlər alaraq ömrü boyu şikəst yaşayır!?
Bəs bu məsələdə ən böyük məsuliyyəti daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti nə düşünür? DƏMX-nin bu haqda heç nə düşünmədiyi etdiyimiz zənglərə cavabın verilməməsindən, şəxsən DƏMX-nin rəisi Fuad Əlizadənin telefonuna üzümüzə qabadmasından aydın oldu.
Başqa bir fakta keçək. Səhiyyə Nazirliyi tərəfindən Yasamal rayonu ərazisində parılan tikinti işlərini kənardan seyr edəndə insanın gözünün qabağında qədim Misirin qul əməyi canlanır. Başlarında qoruyucu baş geyimi, bellərində kəmər olmadan, ayaqları yalın böyük göydələnlərdə “kasqadyorluq” edən fəhlələri gördükcə insanda qəribə təəssürat yaranır. Xüsusilə də, Səhiyyə Nazirliyinin tikinti aparmaq üçün etibar etdiyi Qəhrəman adlı sahibkarın bu fəhlələri seyr etməsi lap ürək ağrıdan mənzərə yaradır.
Araşdırmalarımız davam edir, yaxın günlərdə video görüntü və foto şəkillərlə tikinti sahələrindəki acınacaqlı mənzərəni saytımız vasitəsilə ictimaiyyətə təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər