Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?
29-10-2015, 14:57
Oxunub: 7 059
Sabiq nazir biznes şərikinin qohumunu MTN-də mühüm Baş İdarələrdən birinin rəis müavini təyin edib
Ötən günlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri ilə bağlı məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, komitə sədrinin sabiq nazirlə «Azinko» tikinti şirkəti üzərindən şərikliyi olub.
JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, Kərəm Həsənovla Eldar Mahmudov arasındakı münasibətlər təkcə biznes üzərindən deyil, həmçinin başqa rənglər də alıb.
Belə ki, hal hazırda Milli Təhlükəsizlik Nazirliyində (MTN) komitə sədrinin qudası heç də kiçik olmayan vəzifə başındadır. Kərəm Həsənovun qudası qohumluq əlaqələrinə qədər DYP-də çalışıb və kapitan rütbəsində olub. Həsənovla qohumluq əlaqəsi yarandıqdan sonra komitə sədri Eldar Mahmudovdan qudasına vəzifə istəyib. Və sabiq nazir də şərikinin sözünü yerə salmayaraq, DYP-nin kapitanına heç də kiçik olmayan vəzifə verib.
Məlumata görə, Kərəm Həsənovun qudası hal hazırda MTN-də mühüm Baş İdarələrdən birinin rəis müavinidir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər