BolgeXeber.Com » Analitika » Akif Çovdarov: “Eynullaya çatdır, məndən yazmasın...”

Akif Çovdarov: “Eynullaya çatdır, məndən yazmasın...”

7-12-2015, 17:08
Oxunub: 1 397 Akif Çovdarov: “Eynullaya çatdır, məndən yazmasın...”“Nazirlikdə Qəniyev mənə dedi ki, əslində, heç bir cinayət işi yoxdur, sadəcə, Çovdarovun göstərişi ilə bağlı çağırmışam"

MTN-in həbs olunmuş generalı, bədnam əməlləri və xüsusi qəddarlığı ilə ad çıxarmış Akif Çovdarovun haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevə onun barəsində yazmamaq barədə vəkili vasitəsilə xəbərdarlıq göndərdiyi üzə çıxıb.

Bolgexeber.com xəbər verir ki, bu haqda vəkil Eçin Sadıqov “Azadlıq” qəzetnə danışıb. Vəkil deyib ki, Çovdarovun adından jurnalistə xəbərdarlığı MTN-in müstəntqi Faiq Qəniyev çatdırmışdı.

Faiq Qəniyev 2010-cu ilin aprelin 1-də vəkil Elçin Sadıqovu MTN-nə çağıraraq o vaxt həbsdə olan Eynulla Fətullayevin işi ilə bağlı dindirmək istəsə də, vəkil bundan imtina etmişdi. Buna görə vəkili 6 saat MTN-də saxlamışdılar. E.Sadıqov səbəbini öyrənmək istədikdə, göstərişin Akif Çovdarovdan gəldiyini bildirmişdilər.

Vəkil həmin vaxt MTN-də saatlarla saxlanılmasına aydınlıq gətirərək bildirib ki, 1 aprel 2010-cu il tarixdə, həmin vaxt MTN-də müstəntiq işləyən Faiq Qəniyev ona zəng edərək icraatında olan cinayət işi ilə bağlı nazirliyə ifadə verməyə çağırıb. Vəkil nazirliyə gedəndə isə məlum olub ki, bu çağırış icraatında olan cinayət işi ilə bağlı yox, müdafiə etdiyi Eynulla Fətullayevin Akif Çovdarovun cinayətləri barədə mətbuatdakı yazılarına görədir.

“Nazirlikdə Qəniyev mənə dedi ki, əslində, heç bir cinayət işi yoxdur, sadəcə, Çovdarovun göstərişi ilə bağlı çağırmışam. Akif Çovdarov demişdi ki, Eynulla Fətullayevə onun barəsində yazmamağı çatdırım. Qəniyev dedi ki, Çovdarovun göstərişi ilə səni mətbuatdakı yazılara görə dindirməliyəm. Mən cavab verdim ki, vəkil apardığı iş haqda dindirilə bilməz və ona bu barədə sual verilməməlidir. Ona görə də imtina edirəm. Təxminən 6 saat məni gözlətdi, sonra ifadə vermədiyimi Akif Çovdarova məruzə etdi. Nəhayət, axşam saatlarında ifadə vermədiyimi bir daha qətiləşdirəndən sonra evə buraxdı. Buna baxmayaraq, Çovdarov barədə yazılar dayanmadı. Bir məqamı da xatırlayım ki Çovdarov hazırda mühacirətdə olan jurnalist Aqil Xəlilin işində başqa bir vəkil vasitəsilə mənə hədə-qorxu gəlmişdi”-Elçin Sadıqov danışıb.