BolgeXeber.Com » Analitika » Özünü DİN-in nazir muavini Vilayət Eyvazovun qohumu kimi təqdim edən YPX əməkdaşı Saməddin Eyvazov kimdir?

Özünü DİN-in nazir muavini Vilayət Eyvazovun qohumu kimi təqdim edən YPX əməkdaşı Saməddin Eyvazov kimdir?

13-09-2013, 15:55
Oxunub: 6 386 Qafqaznews.az xəbər verir ki, döş nişan nömrəsi 0309 olan Bakı YPX-nin inspektoru Saməddin Eyvazov bu gün, saat təxminən 12:00 radələrində Qafqaz Xəbər Agentliyinin direktoru,Qafqaznews.az xəbər portalının baş redaktoru Mahmud Rasimoğlunun idərə etdiyi avtomaşını saxlayaraq, ona hansı yol hərəkəti qaydasını pozmasını izah etmək əvəzinə, nalayiq söyüşlər söyərək onu təhqir etmişdir.

Mahmud Rasimoğlunun Qafqaznews.az-a bildirdiyinə görə o Saməddin Eyvazovdan soruşanda ki,” yol hərəkəti qaydasının pozulmasına dair aydınlıq gətirmək əvəzinə məni niyə təhqir edirsən?” cavabında Saməddin Eyvazov, “Əcəb edirəm,mən sizi tanıyıram və bütün mətbuat işçilərinə nifrət hissi bəsləyirəm”-deyə bildirib. Bundan başqa Saməddin Eyvazov özündən çox razı şəkildə baş redaktorun nəzərinə çatdırıb ki, onun soyadı Eyvazovdur və bu soyad baş redaktora bir işarə olmalıdır ki, o kimə güvənir.

Rasimoğlu inspektorun bununla nə demək istəməsini ,söhbətin kimdən getdiyini başa düşməyib,anacq sonradan Saməddin Eyvazov özü etiraf edib ki, o DİN-in nazir muavini Vilayət Eyvazovun qohumu olduğu üçün heç kimdən çəkinməyərək açıq-aşkar “mən mətbuat işçilərinə nifrət bəsləyirəm”deyir. Baş redaktor bizə açıqlamasında özbaşnalıq ilə bağlı 0309 nömrəli döş nişanı olan Saməddin Eyvazovdan DİN-in rəhbəri cənab nazir Ramil Usubova müraciət edəcəyini bildirib. Mahmud Rasimoğlu bizimlə söhbətində onu da qeyd etdi ki, kimliyindən asılı olmayaraq heç kimə ixtiyar verilməyib ki, vətandaşı nalayiq söyüşlərlə təhqir etsin.

“Əgər mən qaydaları pozmuşamsa cəriməni ödəməyə hazıram. Ancaq mən pozduğum qaydaya və yaxud da jurnalist olduğuma görə YPX əməkdaşı niyə məni təhqir etməlidir?!Bu azmış kimi qanunun keşiyində durmalı olan məmur çəkinmədən bütün mətbuat işçilərinə nifrət etdiyini vurğulayır. Tutaq ki, bu şəxs Vilayət Eyvazovun yaxın qohumudur,bununla nə dəyişir ki?!Mən inanmıram ki,hörmətli Vilayət Eyvazov bu şəxsə deyib ki,xidmət zamanı vətandaşlarla bu cür rəftar et və özbaşnalıq edərkən mənim adımdan istifadə elə.

Sadəcə ola bilsin ki, bu şəxsi YPX-yə xidmətə qəbul edəndə kiməsə görə “gözüyumlu” qəbul ediblər. Ancaq bir daha qeyd edirəm ki, bu şəxsə heç kim səlahiyyət verməyib ki,mənimlə bu cür kobud rəftar etsin. Ola bilsin ki, onun oxşar hərəkətlərindən vaxtı ilə də DİN-ə müraciət olunub və müraciət obyektiv araşdırılmadığına görə,cənab Eyvazov cəzalanmayıb. Və düşünüb ki,xidmətini həmişə elə bu cür də davam etdirəcək.

Bir daha təkrar edirəm, YPX əməkdaşının bu hərəkəti ilə əlaqədar mən DİN-in rəhbəri cənab Ramil Usubova müraciət edəcəm . Fikrmcə bu şəxs barəsində ölçü götürülməlidir ki, o xidmət zamanı vətandaşlarla bu cür rəftar etmək “vərdişini” tərgitsin. Əgər bu şəxs xidmət zamanı vətandaşlara qarşı bu cür hərəkət edirsə,təsəvvür edin cənab Eyvazov xidmətdən sonra vətandaşlara qarşı, kimlərəsə güvənərək sadə insanlarla necə rəftar edir...”-Mahmud Rasimoğlu bildirib.