Səfər Əbiyevin oğlunun toyunda jurnalistlər həbs olundu-Fotolar
4-11-2013, 12:15
Oxunub: 5 809
Bu gün keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun “Buta Palace” şadlıq sarayında toyu oldu. Mərasimi izləmək və reportaj hazırlamaq üçün hava limanı yolunun üstündə yerləşən sözügedən şadlıq sarayına yollandıq.
Keçilməz mühafizə, kortejsiz qonaqlar
“Buta Palace”nin ətrafı sözün bütün mənalarında hərbi hissə kimi əhatələnmişdi nəinki jurnalist, hətta xüsusi təlim görmüş kəşfiyyatçı da mühafizəni yarıb keçə bilməzdi.
Müşahidəyə başladıq. Toya kortejlə gələn, gözlənildiyi kimi, çox az adam oldu – təxminən, 2-3 “kortejli qonaq” - yüksək vəzifəli məmur şadlıq sarayının həyətinə girdi. Sürət o qədər böyük idi ki, hətta ən peşəkar fotokamera ilə də obyekti doğru-düzgün tuta bilmədik.
Nə olur-olsun, içəri keçməyə bir daha cəhd etməliydik. Qapıya yaxınlaşmağımızla mühafizəçilərin başımızın üstünü almağı bir oldu: “Bura ölkənin generalları yığışıb, kənara çəkilin!”
Toydan “bölməyə”
Növbəti cəhdimizdə mühafizəçilər əl çəkmədiyimizi görüb, dərhal polis çağırdılar. Və...
Və bir neçə dəqiqədən sonra artıq Suraxanı Rayon Polis İdarəsinin 3-cü polis bölməsindəydik. Nə bir təzyiq, nə bir kobudluq oldu. Yalnız bir qərar vardı: “Toy bitənə qədər bölmədə qonağımızsız!”
Xeyli söhbətdən, centlmen razılaşmasından sonra inandılar ki, polis bölməsindən “Buta Palace”yə qayıtmayacağıq. İnamlarının təsdiqi kimi gözlərinin qarşısında şəhərin mərkəzinə yola düşdük.
Bizə qalan yalnız “Buta Palace”nin qarşısında çəkdiyimiz bir neçə şəkil oldu...
Axar.az



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər