Nərimanov rayon prokuroruna qarşı şok iddia
12-11-2013, 11:55
Oxunub: 5 478
Övladı qətlə yetirilmiş ana Fikrət Mahmudovun əsl cinayətkarı gizlətdiyini iddia edir
Moderator.az saytına övladı qətlə yetirilsə də əsl cinayətkarın Nərimanov rayon prokuroru Fikrət Mahmudov tərəfindən gizlədildiyini iddia edən bir ana müraciət edib. Orucova Atlas Hacı qızı iddia edir ki, oğlu Orucov Vüqar münaqişə zəminində Səfərov Emin Etiram oğlu tərəfindən qətlə yetirilsə də və bunu onlarla şahid, hətta qətl baş verən ərazidə olan mərhumun qardaşı Orucov Bəxtiyar (o da bıçaq yarası alıb, ancaq onun yaraları öldürücü olmayıb) görsə də Nərimanov rayon prokuroru əsl cinayətkarı gizlədərək münaqişədə iştirak etmiş başqa bir şəxsi qatil kimi qələmə verib.
Zərərçəkmiş ana deyir ki, əsas səbəb də Emin Səfərovun Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədovla əlbir olmasıdır.(Atlas Orucova dəhşətli səbəblər sadalayır və bu iki şəxsi birləşdirən məqamlardan danışsa da biz əlimizdə sübut olmadan belə tükürpədici ittihamı ictimailəşdirməkdən vaz keçirik-red.)
Atlas Orucova deyir ki, Xocalıdan didərgin düşüblər və həyat yoldaşını orda itirsə də 3 oğlunu min bir zülmlə böyüdüb. Ancaq bu ilin əvvəlində böyük oğlu Bilal Orucov ağır xəsətlikdən dünyasını dəyişib. 21 gün sonra isə, yəni böyük oğlunun qırxı çıxmamış ikinci oğlu qətlə yetirlib və sonuncu övladı da həmin davada bıçaq yarası aldığından heç qardaşının tabutunu da götürə bilməyib. Ancaq ailənin üzləşdiyi bu müsibətə baxmayaraq hüquq-mühafizə orqanları əsl cinayətkarı gizlədərək zərərçəkmişlərə ikiqat zərbə vurublar.
Atlas Orucova redaksiyaya gələrək onlarla səhifəlik ittiham aktını və etdiyi müraciətlərin surətlərini də bizə təqdim edib. Onları oxuduqca adam dəhşətə gəlir. Ancaq oxucuları yormamaq üçün baş verənləri qısaca çatdırmağı lazım bilirik və həm Baş Prokurorluqdan, həm də Daxili İşlər Nazirliyindən Atlas Orucovanın bu ittihamlarıyla bağlı münasibət öyrənməyə çalışacağıq.
Biz istintaq orqanı və ya məhkəmə deyilik və əsl həqiqətin nədən ibarət olduğunu iddia etmək niyyətindən uzağıq. Sadəcə bizə ünvanlanan bir ana fəryadına biganə qalmadıq və onu ictimailəşdirməyi borcumuz hesab etdik. Babalı adı hallandırılan qurumların və şəxslərin boynuna...
Mövzuya qayıdacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər