Korrupsiya reytinqi: Azərbaycan 177 ölkə arasında 127-ci sıradadır
3-12-2013, 12:00
Oxunub: 5 027
“Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan milli bölməsi 2013-cü ilin Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb.
Təşkilatdan “Media forum” saytına daxil olan məlumata görə, bu il indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb.
Qeyd edək ki, son iki ildə indeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdi, ötən ildən isə 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbəti tətbiq olunur. Ötən il Azərbaycan 27 balla 176 ölkə arasında 139-cu sırada idi.
2013-cü il indeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.
Məlumatda qeyd olunur ki, Azərbaycan indeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır: “Bunun əsas səbəbi iqtisadi göstəricilərlə bağlıdır. Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı sıraya yüksəlib.
Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəriciləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib çıxarıb.
İndeks hazırlanarkən istinad olunan mənbələrdən “Freedom House” təşkilatının 2013-cü il üzrə “Keçid dövründəki ölkələr” İndeksində isə ölkənin göstəricisi aşağı düşüb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər