BolgeXeber.Com » Analitika » Etibarlı münasibətlər

Etibarlı münasibətlər

26-08-2024, 17:10
Oxunub: 12 888
Etibarlı münasibətlər

Prezident İlham Əliyevin müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfəri olmuşdur. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olunmuşdur. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. İlham Əliyev- bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq. Daşkənddə keçirilən biznes-forum layihələri çox zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha zəngin edəcəkdir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaqdır. Birlikdə mühüm layihələrə start verəcəyik – bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Üçüncü ölkələrdə perspektivli layihələrdə iştirakı nəzərdən keçirmək üzrə razılığa gəldik. Biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam edəcəkdir. Regionlararası əlaqələrin potensialından maksimum istifadə edəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi. Regionlararası kooperasiya üzrə yol xəritəsini qəbul etmək, növbəti forumun gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması qərara alındı. Mədəniyyət, gənclər, informasiya siyasəti, elm, təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik.Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayaraq və irəliləməyə davam edəcəkdir.

 
Lamiyə Nəcəfova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi