BolgeXeber.Com » Analitika » “Azercell”in pərdəarxasındakı əsas fiqurları kimlərdi?

“Azercell”in pərdəarxasındakı əsas fiqurları kimlərdi?

8-01-2014, 13:45
Oxunub: 3 949 Kiril Qaburiç, Voronin, Ali Ağan, Musa Pənahov, Rza İbadov və sairləri bu şirkətdə hansı maxinasıyalar həya keçiriblər?

Xeyli müddətdir “ Azercell” MMC-nin fəaliyyəti ilə bağlı ciddi araşdırma aparırdıq. Məqsədimiz ölkənin ən böyük mobil operatorunda baş verənləri cəmiyyətə tam halda, yəni bütöv şəkildə çatdırmaq idi.

Bolgexeber.com xəbər verir ki, Qafqaznews.az saytı maraqlı bir araşdırma aparıb. Araşdırmalarda deyilir:
Məhz belə bir məqamda xəbər saytlarından biri “Azercell”in fəaliyyəti ilə bağlı şok adlandırdığı xəbəri cəmiyyətə təqdim etdi. Xəbərə nəzər salanda açıq-aşkar hiss olunur ki, hansısa məqsədlə məlumat tam-bütöv halda deyil, kəsilmiş, yarımçıq, sanki qayçılanmış halda ötürülüb. Və sanki bilərəkdən hədəf yayındırılıb, əsas fiqurlar pərdə arxasında qalıb. Ona görə də “Azercell”də baş verənlərlə bağlı “ümumi mənzərə”ni cəmiyyətə təqdim etmək qərarına gəldik.

İlk öncə bütün ölkəni əhatə edən “Azercell” kimi nəhəng müəssisəni idarə edən aparıcı fiqurlarla tanış olaq.Hazırda “Azercell”in prezidenti Kiril Qaburiç 2001-ci ildən “Moldov-cell”-də çalışıb. Halim Atəş “Moldov-cell”in prezidenti olanda Kiril Qaburiç şirkətdə satış direktoru olub. Və bu iki şəxsin dostluğu və “birgə fəaliyyəti” həmin dövrdən başlarıb. Onu da qeyd edək ki, həmin dövrdə Vladimir Voronin Moldovanın prezidenti olub. Əsas diqqəti yayındırmadan onu da qeyd edək ki, Vladimir Voroninlə nəqliyyat naziri Ziya Məmmədovun müavini Musa Pənahov qudadırlar. Daha dəqiq desək, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.

Halim Atəş “Moldov-cell”in prezidentliyindən “Azercell”ə prezident gələndə Voroninin razılığı ilə Kiril Qaburiçi “Moldov-cell”in prezidenti kürsüsünə, yəni öz yerinə əyləşdirib. Həm də nəzərə alaq ki, Kiril Qaburiçlə Halim Atəşinin bir neçə illik birgə fəaliyyəti də bu işdə ciddi rol oynayıb.
Bu cütlüyün fəaliyyəti bununla bitmir. Kiril Qaburiç sanki Halim Atəşi qarabaqara izləyir.

Halim Atəş “Azercell”in prezidenti vəzifəsindən “Fintur”a ( Finlandiya-Türkiyə birgə müəssisəsi ) rəhbər gedəndə öz yerinə yaxın qohumu Ali Ağanı “Azercell”ə prezident təyin etdirir. Halim Atəşin digər yaxın adamı Veysəl Araldır. Veysəl Aral əvvəlcə “U-zbek-cell”-in, sonra isə “K-azax-cell”in prezidenti olub. Ən böyük maxinasiyalar bu şirkətlərdə olub. Vəziyyət o həddə çatır ki, İsveçin dünyaca məhşur telekommunikasiya nəhəngi “Telia Sonera”nın Avropa və Asiya nümayəndəliyi birləşdirilərək “Avrasiya divizyonu” yaradılır və Veysəl Aral divizyona rəhbər təyin olunur.

Onu da qeyd edək ki, Veysel Aral “U-zbek-cell”in prezidenti olanda Özbəkistanın prezidentinin qızı Gülnarə Kərimova ilə böyük miqdarda maxinasiyalarda iştirak edib. Ona görə də Veysel Aral “K-azax-cell”ə rəhbər gedərkən Ali Ağanı öz yerinə “U-zbek-cell”ə prezident gətirib ki, bu maxlnasiyaların üstü açılmasın.“Kazax-cell”dən isə “Avrasiya divizyona” rəhbər gedən Veysəl Aral Ali Ağanı “Kazax-cell”ə prezident təyin etdirir. Və “Azercell”in prezidenti vəzifəsi boşalanda isə Halim Atəşin yadına köhnə dostu moldovalı Kiril Qaburiç düşür. Və beləliklə Kiril Qaburiç “Azercell”in prezidenti olur.

Kiril Qaburiç Halim Atəşin yanında çox kiçik fiqur idi. Ancaq Azərbaycanda Kiril Qaburiçə himayədarlıq edənlər tapılır. Yuxarıda qeyd etdiyimiz kimi Musa Pənahov-Vladimir Voronin cütlüyünə yeni fiqur da əlavə olunur. Bu şəxs keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadovdur. Məhz bu şəbəkənin gücü hesabına Halim Atəş və Veysəl Aral vəzifəsindən uzaqlaşdırılır. Veysəl Aralın yerində hazırda İsveç vətəndaşı çalışır. “Fintur”-un rəhbəri vəzifəsi isə bizdə olan məlumata görə boşdiur. Bütün bunları yazmaqla “Azercell” adlı mürəkkəb mənzərəyə aydınlıq gətirmək istədik. Həm də göstərmək istədik ki, 5-ci dərəcəli fiqurların arxasında gizlənmək olmaz.Araşdırmamızı isə növbəti yazıda cəmiyyətin nəzərinə təqdim edəcəyik.

Tamerlan Zeynalov