Hərbi təhsili olmayan komandir kimdir?- Açıqlama
18-01-2014, 09:15
Oxunub: 5 751
"Bu adamın heç bir hərbi təhsili yoxdur"
Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazir olduğu gündən başladığı mühüm dəyişiklikləri hələ də davam etdirir. Bir neçə gün bundan öncə Bakıda 3 hərbi hissəni ləğv edən nazirin, adı hələ ki, müəmma olaraq qalan, ali hərbi təhsili olmayan hərbi qulluqçunu gizir rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəldib, hərbi hissə komandiri vəzifəsi verməsi haqqında xəbər yayılıb.
Hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı Etatist.com-a açıqlama verərək, heç bir hərbi ali təhsili olmayan bir şəxsin, Müdafiə Nazirliyinin ən böyük və ən mühüm hərbi hissəsinə komandir olmasının yolverilməz hal olduğunu bildirib: "Ondan başlamaq istərdim ki, Müdafiə Nazirliyinin rəhbərliyi mətbuatı, ictimaiyyəti və sosial şəbəkə istifadəçilərini növbəti dəfə hansısa hərbi və dövlət sirlərini yaymamağa çağırıb. Əgər onlar fikirləşirsə ki, bu metodla həyata keçirdikləri və ya keçirmək istədikləri kadr təyinatlarını, yaxud hansısa əməllərini Azərbaycan cəmiyyətindən gizli saxlaya biləcəklər, bu heç vaxt mümkün olmayacaq".
Mühüm bir hərbi hissəyə komandir təyin olunan keçmiş gizirin kimliyi ilə bağlı suala cavab verən Ü.Cəfərov, "Biz yaxın günlərdə bu şəxsin tərcümeyi-halını və xidmət yerləri ilə bağlı məlumatları ictimailəşdirəcəyik"- deyə bildirib.
"MN-nin ən böyük və ən mühüm hərbi hissəsinə heç bir ali hərbi təhsili olmayan bir şəxsi gətirib oturtmaq ümumiyyətlə yolverilməz və bağışlanmaz bir addım sayılmalıdır. Məgər Silahlı Qüvvələrdə zabit çatışmazlığı var ki? Gizir rütbəsində olmuş, sonradan isə müxtəlif yollarla polkovnik-leytenant rütbəsinə çatdırılmış bir adamı gətirib MN-nin Mühafizə Alayına komandir təyin etmək nə dərəcədə doğrudur? Mən məqsədyönlü şəkildə həmin adamın adını yazmadım ki, qoy MN özü bu absurd və cəmiyyət tərəfindən sərt qarşılanan kadr təyinatına açıqlıq gətirsin. Biz yaxın günlərdə bu şəxsin tərcümeyi-halını və xidmət yerləri ilə bağlı məlumatları ictimailəşdirəcəyik. Qoy Azərbaycan ictimaiyyəti də görsün ki, MN-də hansı "uğur"lu islahatlar həyata keçirilir".
Hərbi ekspert həmin gizirin polkovnik-leytenant rütbəsini birdən-birə almadığını da qeyd etdi:
"Əlbəttə ki, birdən-birə ona polkovnik-leytenant rütbəsi verilməyib. Sadəcə bizim dediyimiz odur ki, bu adamın heç bir hərbi təhsili yoxdur. Onda heç ali hərbi təhsil almağa da o qədər ehtiyac qalmır ki? Elə kim kimin dostudursa, tanışıdırsa, gətirib onu sabah sərbəst şəkildə general da edə bilər. Necə ki artıq edirlər də..."
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər