BolgeXeber.Com » Analitika » Səlim Müslümovun yanan əlilə görə tədbir görməsi yalan çıxdı

Səlim Müslümovun yanan əlilə görə tədbir görməsi yalan çıxdı

29-01-2014, 09:10
Oxunub: 4 103 “Hazırda orda müdür vəzifəsi boşdur. Cənab nazir iki ay əvvəl keçirdiyi kollegiya iclasında Rövşən Məhərrəmovu işdən azad edib”

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayev Yevlax şəhər sakini, əlil Nizami Kərimovun sosial müavinət ala bilmədiyi üçün özünü yandırmasından sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmovun işdən azad edilməsi ilə bağlı mətbuatda gedən iddalara cavab olaraq “Axar.az” dedi. Elman Babayevin sözlərinə görə, hazırda Rövşən Məhərrəmovun səlahiyyətlərini onun müavini icra edir: “Bir-iki günə ora yeni director təyin ediləcək. O ki qaldı əlilin özünü yandırması ilə bağlı olan məsələyə, bu, nazirlikdə araşdırılır və araşdırma yekunlaşan kimi mətbuata ətraflı məlumat veriləcək”. Xatırladaq ki, ötən gün Yevlax rayon sakini Nizami Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Fonduna müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə Nizami Kərimov buna etiraz edərək özünü yandırıb.