BolgeXeber.Com » Ölkə » “Sığorta Mamed”lə bağlı yeni şikayət var - Narazılıq var

“Sığorta Mamed”lə bağlı yeni şikayət var - Narazılıq var

6-05-2015, 11:39
Oxunub: 4 509 “Sığorta Mamed”lə bağlı yeni şikayət var - Narazılıq varAzərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlı şikayət var

Belə ki, İmişli rayonu Cəfərli kənd sakini Quliyev Elburus Pəsi oğluna məxsus 99-GC-112 dövlət nömrə nişanlı "Lada 21703"" markalı avtomol 2014 cü il mart ayının 11-də Saatlı rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 51-ci km-də qəzaya düşüb.
Qəza faktı qeydə alınmasına baxmayaraq bu günə kimi avtobilə dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənmir. Bu haqda avropa.info-ya məlumat verən Elburus Quliyev bildirir ki, avtomobilinə dəyən ziyan "ERA Trans" (kasko) və Dövlət Sığorta Kommersiya şirkəti (icbari) tərəfindən ödəmir.
"Bir ildən çoxdur ki, məhkəmələrin qərarına belə əməl etməyən siğorta şirkətləri tərəfindən süründürülürəm. Hal-hazırda da atomobili qəzalı vəziyyətdə idarə etmək məcburiyyətində qalmışam. Xahiş edirəm əlaqədar dövlət qurumları bununla bağlı tədbir görsün" - deyə şikayətçi bildirib.
Xatırladaq ki, Dövlət Kommersiya Sığorta Şirkəti - “Azərsığorta” respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir, respublikanın bütün şəhər və rayon agentlikləri ilə kompüter, teletayp və telefon əlaqəsınə malikdir.
Şirkətdə 700 nəfər çalışır ki, onlardan 360 nəfər ştat işçisi, 340 nəfər isə ştatdankənar əməkdaşdır.
Şirkətin rəsmi saytında bildirildiyinə görə, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətı respublikada fəaliyyət göstərən siğorta şirkətlərinin ilk onluqlar siyasına daxildir və 1-ci yerdədir.
Sığortaçı kimi maliyyə imkanlarına malik olması, onun sığorta əməliyyatlarında iştirakını və onların rentabelliyinin qorunub saxlanmasında, risklərin aparılmasında genış imkanlar yaradır, başqa ölkələrin Sığortaçıları ilə əlaqələrini genişləndirir.
Şirkət respublika daxilində və bir sıra xarici şirkətlərlə təkrar sığorta müqavilələrinin bağlanması və onların yerləşdirilməsi üzrə müxtəlif sahələrdə işlər görür. Belə ki, Lloyd təkrar broker, Böyük Britaniya, ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran, Fransa, İsveçrə, Yaponiya və başqa sığorta şirkətləri ilə siğortanın müxtəlif sahələri üzrə təkrar sığorta müqavilələri bağlanılır və əlaqələr yaradılır.
Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovdur. Onun adı geniş ictimaiyyətə yaxşı məlumdur. O, bu vəzifədə 22 ildir ki, çalışır. Bunacan isə - 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının prezidenti vəzifəsində işləmişdir.
M. Məmmədov KİV-də və cəmiyyətdə “Sığorta Mamed” kimi tanınır. Onun adı indiyədək bir çox səs-küylü qalmaqallarda hallanıb.