BolgeXeber.Com » Ölkə » Nazim İbrahimovun işçisi Xocalı parkında bayrağımızı tərsinə asdırıb
Nazim İbrahimovun işçisi Xocalı parkında bayrağımızı tərsinə asdırıb
7-05-2015, 14:45
Oxunub: 3 567
Türkiyənin Manisa bölgəsinin Turqutlu qəsəbəsində bu ilin fevral ayında açılan Xocalı Şəhidləri Parkında qaldırılmış Azərbaycan bayrağının tərs asıldığı üzə çıxıb.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bayrağın rənglərinin orijinalda yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl olduğu halda parkda qaldırılan bayraqda bu sıralama tərsinədir. Yəni yaşıl rəng yuxarıdadır.
Məsələ ilə bağlı açıqlama verən AKP Turqutlu şəhər təşkilatının məclis üzvü, Turqutlu İqdırlıları Mədəniyyət və Həmrəylik Dərnəyi İdarə Heyətinin rəhbəri Tamer Dizman deyib ki, parkda qaldırılan Azərbaycan bayrağının rənglərinin tərs olduğunu təsbit ediblər.
“Azərbaycandan zəng edən həmşəhərlilərimiz problemi dilə gətirdilər. Bu hadisənin Turqutluda yaşayan Azərbaycan vətəndaşlarını dərindən məyus etdiyini bildirmək istəyirik. Turqutlu bələdiyyəsi minlərlə insanın qətlə yetirildiyi bölgənin adının verildiyi parkda qaldırılmış Azərbaycan bayrağının tərsinə asıldığının fərqinə varmayıb. Bu da bizi ayrıca məyus edib. Məsələnin səlahiyyətli şəxslər tərəfindən yerində təsbit edilməsini və düzgün bayrağın mümkün qədər tez bir vaxtda parkda qaldırılmasını arzu edirik” - deyə T.Dizman bildirib.
Turqutlu qəsəbəsində Xocalı Şəhidləri Parkı fevralın 28-də açılıb. Açılış mərasimində Türkiyə parlamentinin İqdırdan olan millət vəkili, milliyyətcə azərbaycanlı, MHP-çi Sinan Oğan Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, bələdiyyə sədrinin müavinləri Hakan Sezer, İsgəndər Tunc, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, çox sayda yerli sakin iştirak edib.
Dövlət Komitəsindən bildirilib ki, Türkiyə Azərbaycan Dərnəyinin yerli şöbəsinin rəhbəri Ender Solhan mərasimə toplaşanlara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verib. 1992-ci il, fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş qəddarlıqları bir daha xatırladıb.
Bu dəhşətlərin sözlərlə ifadə edilməyəcək qədər acı və unudulmayacaq qədər qorxunc olduğunu deyən E.Solhan əlavə edib ki, “biz də bu faciənin heç vaxt unudulmaması üçün bu parka Xocalı Şəhidlər Parkı adını verdik”.
Göründüyü kimi, Azərbaycan bayrağının tərsinə asılması Bakıdan gedən rəsmi şəxslərin - Diasporla İş üzrə Dövlət Komitəsinin işçilərinin gözləri önündə baş verib.
Türkiyə parlamentinin deputatının və Turqutlu bələdiyyəsinin rəhbərliyinin Azərbaycan bayrağının tərsinə asılmasının fərqinə varmamasını birtəhər başa düşmək olar. Bəs Nazim İbrahimovun işçiləri necə? Onlar da Azərbaycan bayrağını tanımır?
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər