BolgeXeber.Com » Ölkə » Beyləqanın “baron”u 2 milyonluq villanı və xalqdan gizlətdiyi “Buggati”ni necə alıb?
Beyləqanın “baron”u 2 milyonluq villanı və xalqdan gizlətdiyi “Buggati”ni necə alıb?
7-05-2015, 15:06
Oxunub: 4 893
Beyləqanın icra başçısının dövlət vəsaitlərini talamaq hesabına varlanmaq ehtirası soyumur
Vaqif Abdullayev sanki bu rayona şəxsi dükanı kimi baxır və postunda oturduğu dövrdə mümkün qədər milyonları mənimsəməyi qarşısında vəzifə qoyub.
TİA.AZ-ın əldə etdiyi məlumatlarda deyilir ki, bu yaxınlarda oğluna ad günündə 300 min manatlıq maşın bağışlayan rayon rəhbərinun bu pulu necə qazandığı artıq sual doğurmur. Çünki dəfələrlər V.Abdullayevin büdcədən ayrılan pulları necə çırpışdırdığı haqda məlumat verilib. Ancaq icra başçısı 300 minlik maşından sonra özünü də hədiyyə etməyi unutmayıb.
Belə ki, Beyləqanın rəhbəri bu yaxınlarda özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alıb. Ölkədə tək-tük adamda olan bu avtomobil bir icra başçısı tərəfindən idarə olunursa, V.Abdullayevin Beyləqandakı fəaliyyəti tamamilə aydınlaşır.
İddia edilir ki, icra başçısı maşını öz adına rəsmiləşdirməyib. Amma etibarnamə ilə sürür və üstəlik, Beyləqanda göz görünməməyə çalışır. Onun Bakıda istədiyi zaman istirahətə gələndə “Bugatti” sürdüyü iddia olunur.
Rayonda isə xidməti maşını ilə hərəkət edərək, camaatın onun hansı bahalı avtomobil sahibi olduğunu gizlədir. Prezidentin məmurlara açıq şəkildə xəbərdarlığına, xalqla işləməyi tapşırmasına, qudurğanlıq edənlərin cəzalandırılacağı haqda mesajlarına baxmayaraq, öz əməlindən çəkilməyənlər də var.
O da qeyd olunur ki, Vaqif Abdullayev həmçinin çox bahalı bir villanın da sahibidir. Onun “Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. Bildirilir ki, icra başçsı artıq bir müddətdir onun təmiri ilə məşğul olur. Bu da son deyil.
Vaqif Abdullayevin mütəmadi olaraq Xızıya da səfər etdiyi deyilir. Xızının şefi ilə onların ciddi maliyyə maxinasiyaları olduğu bildirilir. Bu səfalı guşədə Abdullayevin özünə malikanə tikdirdiyi də söylənir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər