BolgeXeber.Com » Ölkə » İcra başçısının gübrə biznesi: - Nazir Xocavəndə ayrılan yardımları araşdırır
İcra başçısının gübrə biznesi: - Nazir Xocavəndə ayrılan yardımları araşdırır
13-05-2015, 11:06
Oxunub: 6 117
Eyvaz Hüseynov Xocavəndi talamaqla məşğuldur
Ən uzunömürlü icra başçısı işğal olunmuş bölgəyə ayrılan vəsaitləri xımır-xımır yeyir.
BOLGEXEBER.COM tia.az-a istinadən bildirir ki, bir qrup xocavəndli məcburi köçkün rayon rəhbəri Eyvaz Hüseynovdan narazılıq edir. Bu narazılıqlara dair faktlar yer alıb.
İddia olunur ki, Xocavəndə 6280 hektar torpaq sahəsi subsidiya yardımı rəsmiləşdirilib.
Sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını icra başçısı və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rəfael Mustafayev tərəfindən saxtalaşdırılıb. Bu sənədlər əsasında 4 hektar subsidiya yardımı siyahısına salınıb.
İcra başçısı hər il bu yolla dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsəyə bilir. Kənd təsərrüfatı naziri Heydər Əsədov Xocavənd rayonuna buğda məhsullarının əkin-biçini üçün 500 min manat ayırıb.
Həmçinin bu torpaqlarda məhsuldarlığı artırmaq üçün dövlət tərəfindən yarı qiymətinə azot gübrələri verilib. Nazirin göstəriş əsasında bu vəsaitlərin necə xərcləndiyi araşdırılmağa başlanıb.
Bu isə icra başçısı və müavinini çətin vəziyyətə salıb. Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər