BolgeXeber.Com » Ölkə » Binəqədidə özbaşınalıq: su kəmərlərinin üstündə tikinti gedir – FOTOLAR
Binəqədidə özbaşınalıq: su kəmərlərinin üstündə tikinti gedir – FOTOLAR
23-05-2015, 14:31
Oxunub: 7 477
Binəqədi rayonunda su kəmərlərinin üstündə qanunsuz tikinti işləri yenidən həyata keçirilir
BOLGEXEBER.COM bildirir ki,Tia.az-a verilən məlumata görə, 7-ci mikrorayon, 3126-cı məhəllədə dövlət ehtiyacları üçün alınaraq sökülmüş fərdi yaşayış evlərinin yerində, magistral su kəmərlərinin sanitar mühafizə zolağında, o cümlədən su xətlərinin üstündə qanunsuz tikinti işləri aparılır.
Sakinlərin sözlərinə görə, bir dəfə tikintini dayandırmağa müvəffəq olublar. Amma yenidən qanunsuz tikinti işlərinə başlayıblar. Sakinlər deyirlər ki, kasıb bir qonşunun evi sökülüb: “Dövlət ehtiyacları üçün alıb sökdülər, magistral su kəmərlərini oradan apardılar. İndi də varlı qonşu bu ərazini zəbt edərək kəmərlərin üstündə qanunsuz tikinti aparır”.
Xatırladaq ki, Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Qeyd edək ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.
BOLGEXEBER.COM

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər