"Bakcell"-in kontur fırıldağı
26-05-2015, 14:52
Oxunub: 6 257
Qanunsuz yollarla vətəndaşların cibinə girirlər
Ölkədə fəaliyyət göstərən mobil operatorları müştərilərinə problemlər yaratmaqda davam edirlər. Mobil operatorlarının vətəndaşları aldatması artıq adi hala çevrilib. Xüsusilə də operatorların pul qazanmaq rəqabətləri saxta endirimlərə və texniki yeniliklərə ünvanlanıb. Lakin müştəriləri zinhara gətirən isə "Bakcell" mobil operatorudur.
Bu operator təəssüf ki, müştərilərin gözünə kül üfürməklə məşğuldur. Müxtəlif kampaniyalarla pul qazanmağa çalışır. Lakin bilən-bilir ki, artıq bu operatorlara inam sarsılmaqdadır. Əksəriyyət "Bakcell"in xidmətindən razı qaldığını demir. Demək olar ki, ən çox bu operatorun fəaliyyətindən şikayət edilir. İnternet trafiklərində, tarif paketlərində və kontur yüklənməsində abunəçilərin haqqına girirlər. Bizə verilən məlumata görə, abunəçi 1 manat yüklədikdə balansa 96 qəpik yüklənir. Demək olar ki, bu hal həddindən artıq çoxalıb. Bu yolla abunəçilərdən kifayət qədər qazanc götürürlər. Bundan başqa müştərilərin balansından hər gün kontur çıxılır. Müştəri bunu operatorla aydınlaşdırdıqda isə aydın olur ki, heç tanımadığı bir sayta daxil olub qeydiyyatdan keçib. Ona görə də balansından pul çıxılır. Amma ki, müştəri bildirir ki, heç vaxt ele bir sayta daxil olmayıb və qeydiyyatdan keçməyib. Operator isə müştəriyə həmin xidmətə stop yazıb deaktiv etməsini məsləhət görür. Bu operator hətta həmin xidmətdən çıxmaq üçün də balansdan kontur silir. Bundan başqa kredit xidmətində də istehlakçıları soğan kimi soyur. 1 manat kontur kredit götürdükdə növbəti dəfə kontur yükləyəndə 1 manat 20 qəpik əvəzinə əlavə 30 -40 qəpik də çıxırlar. Adam da çaşbaş qalır ki, yəqin çox götürmüşəm. Yəni müştərilərə elə nömrə gəlirlər ki, müştəri elə kredit xidmətindən asılı qalır. Həmişə kredit götürməyə məcbur olur. Çünki kontur yükləyən kimi 2 gün sonra mobil telefonda konturun olmadığını görürük.
Bundan başqa "Bakcell" hər ay 25 dəqiqə şəbəkə daxili bonus verir. Bu bonuslar isə heç 5 dəqiqə etmir. Saatlarla danışmağı xoşlayanlar üçün olan bu tarifdə şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə 1 saat danışmırlar. Bir neçə dəqiqədən bir əlaqə kəsilir. Abunəçi yenidən zəng vurduqda yenə 7 qəpik balansdan çıxılır. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik "Bakcell"in büdcəsinə gedir.
İnternet məsələsində də müştərilərin cibinə girirlər. Xüsusilə də şəhərətrafı qəsəbələrdə internetə daxil olmaq mümkün deyil. Meqabayt istifadə olunur, lakin istədiyimiz səhifəyə daxil ola bilmirik.
Adını çəkdiyimiz mobil operatoru abunəçilərə şəbəkə problemi yaşadır. Xüsusilə də şəhərətrafı qəsəbələrdə şəbəkə problemi insanları çıxılmaz duruma salıb. Nə zəng etmək mümkündür, nə də zəng qəbul etmək. Bir neçə cəhdən sonra əlaqə yaratmaq mümkün olur. Nəzərə alsaq şəhərətrafı yeni qəsəbələrdə yaşayanların hamısı şəhər telefonu ilə təmin olunmayıblar. Bu səbəbdən də hər kəs mobil telefondan daha çox istifadə edir. Lakin şəbəkə problemi insanların rahat şəkildə yaxınlarıyla əlaqə qurmasına mane olur. Artıq "Bakcell" keyfiyyətsiz xidmətiylə müştərilərini özündən soyudub. Sözügedən mobil operatoru isə vəziyyəti gərgin görüb başqa yollara əl atıb. Bu da aldadıcı smslərlə vətəndaşın cibinə girməkdir. Artıq bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə mövzusu olub. Bütun bunlardan sonra da sözügedən operator fəaliyyətində dönüş yaratmaq istəmir. Fəaliyyətindəki nöqsanları aradan qaldırmaq niyyətində deyil. Hətta millət vəkillərindən biri "Bakcell"i məhkəməyə verəcəyini də dilə gətirmişdi. Amma bütün bunlara rəğmən sözügedən operator istifadəçilərin istehlakçı hüququnu pozmaqda davam edir.
Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru - "Bakcell" 1994-cü ildə təsis olunub və 2004-cü ilin yanvar ayından başlayaraq, 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.
gundelik-baku.com
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes