Bayıldakı üfunət və təhlükə mənbəyi... FOTO
27-06-2015, 12:38
Oxunub: 4 636
Səbayel rayonun Bayıl yamacında böyük zibil dağı əmələ gəlib
Virtualaz.org saytının əməkdaşının fotolarını çəkdiyi bu ərazidə həm tikinti, həm də məişət tullantıları qalaqlanıb. Özü də bu zibil qalağı günbəgün böyüyür.
Yaxınlıqda yaşayış evlərinin olduğunu nəzərə alsaq, zibillik burada həm təhlükə, həm də antisanitariya, üfunət və xəstəlik mənbəyidir.
Məsələyə aydınlıq gətirmək üçün Səbayel Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, həmin ərazi Badamdar bələdiyyəsinin səlahiyyətindədir.
Badamdar bələdiyyəsindən virtualaz.org saytına verilən məlumata görə isə həmin ərazi əvvəl yarğan olub və sürüşmənin qarşısını almaq üçün ora daş və torpaq tökülüb. Bu iş rəsmi qaydada sürüşmə baş vermiş ərazini möhkəmləndirmək məqsədilə edilib.
“Sonralar isə həmin əraziyə şəhərin müxtəlif yerlərindən maşınlarla gecə saatlarında tullantılar gətirilib atılır. Bununla yanaşı ərazidə yaşayan yerli sakinlər də həmin yerə zibil atır. Zibillik yaranmasının qarşısını almaq üçün biz polisə müraciət etmişik ki, orada gecələr post-patrul xidməti fəaliyyət göstərsin və gizli zibil atılması hallarının qarşısı alınsın. Əlavə olaraq sakinlərdən xahiş edirik ki, həmin əraziyə zibil atmasın” - deyə Badamdar bələdiyyəsindən bildirdilər.
Şəhərin zibillənməsinin qarşısını xahiş və müraciətlə almağın mümkün olub-olmaması isə bir ayrı mövzudur...




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər