BolgeXeber.Com » Ölkə » «Beloçka» tumları qanunları necə pozur? - VİDEO

«Beloçka» tumları qanunları necə pozur? - VİDEO

21-07-2015, 14:34
Oxunub: 10 787 «Beloçka» tumları qanunları necə pozur? - VİDEO«Ayan» MMC-nin satışa çıxardığı «Beloçka» tumlarının qablaşdırılması zamanı «Stimullaşdırıcı Lotoreyalar haqqında» qanunun da bir sıra tələbləri pozulub

Bolgexeber.com bildirir ki, GUNDEMİNFO.AZ-ın redaksiyasına «Ayan» MMC şirkətinin istehsalı olan «Beloçka» tumları ilə bağlı şikayət daxil olub. Narazılıq edən vətəndaşlar bildirir ki, onlar istehlakçı olaraq aldadılırlar. Belə ki, xalis çəkisi 35 qram olan «Beloçka» tumlarının üzərində «Uduşlu» sözləri yazılıb. Lakin istehlakçılar bildirir ki, üzərində uduşlu sözləri yazılan bu tumların içindən ənənəvi olaraq «bəxtinizi bir daha sınayın» sözləri də yazılmır. Lakin 100 qramlıq olan və marketlərdə 40 qəpiyə satılan qablaşdırmadakı «Beloçka»lardan uduşlar çıxır. Eyni tendensiyanın ucuz olan (20 qəpiklik) tumlarda təkrar olunmaması narazılıqların yaranmasına səbəb olur.

Şikayət edən istehlakçılar deyir ki, ucuz qiymətə satılan «Beloçka»lardan uduş çıxmaması məsələsi onlara aydın deyil. Ölkənin aparıcı televiziyalarında, ATV-də yayımlanan reklamlarda isə «bütün qablarda uduş var» sözlərini təkrar-təkrar eşitmək mümkündür.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, «Ayan» MMC-nin Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsindən aldığı stimullaşdırıcı lotoreya lisenziyası hər iki qablaşdırmaya aiddir.
Məlumata əsasən həm 35, həm də 100 qramlıq qablaşdırmada olan tumlar üçün satış zamanı stimullaşdırıcı lotoreyalar vahid prinsip üzrə verilib.

Bundan başqa Standartlaşdırma Meterialogiya və Patent üzrə Dövlət Kolmitəsinin tələbləri də pozulub. Satışda olan «Beloçka» tumlarının üzərindəki istehlakçıların müraciət etməsi üçün qoyulmuş telefonlar (012) 342 99 35, (012) 342 99 37 saylı telefonlar da işləmir. Bu faktın özü də qablaşdırma haqqında AZS standartlarının pozulması, istehlakçı hüquqlarının pozulması deməkdir.

Bütün bu faktlarla əlaqədar olaraq əməkdaşımız əvvəlcə «Beloçka» tumları üzərində olan 050 242 32 22 telefonla əqalə saxladıq. Telefona cavab verən MMC-nin baş mühasib köməkçisi Rühəngiz xanım bildirdi ki, məsələ ilə bağlı daha yetkili adamlarla əlaqə saxlamağımıza yardım edəcək. Bundan sonra isə bizimlə əlaqə saxlayan «Ayan» MMC-nin satış şöbəsinin müdiri özünü gah Məhəmməd, jah Mehman, gah da Məmmədov kimi təqdim etdi. Razılaşdıq ki, qarşı tərəf olaraq suallarımızı Məhəmməd Məmmədov cavablandıracaq. M.Məmmədov bildirdi ki, yeni qaydalara əsasən daha «Beloçka» tumlarının bütün qablarına «uduşlu» sözü yazılsa da, hamısından uduş çıxmır. Yəni 35 qramlıq qablaşdırmada uduş kuponu olursa, bu artıq qabın içindən çıxır. Lakin olmursa digər «bəxtinizi bir daha sınayın» kimi sözlər yazılmır. M.Məmmədov dedi ki, qablaşdırma üzərində olan telefon nömrəçlərinə zəng çatmaması məsələsi isə onunla bağlıdır ki, bu telefonlar simsiz rabitədədir və ola bilsin ki, telefonlar daşınan zaman əlaqə kəsilib. Lakin bildirdik ki, telefonlara zəng edən zaman «zəng etdiyiniz nömrə borcdan bağlıdır» sözləri eşidilir. M.Məmmədov dedi ki, qablaşdırma üzərində olan digər telefonla da istehlakçılar əlaqə saxlaya bilərlər. Məsələn «Beloçka» tumları üzərində olan (012) 440 17 79 saylı telefonla əlaqə saxlaya bilərlər. Lakin bildirdik ki, bizə şikayət edən vətəndaşlar bu telefonun yalnız istehsal sexinə aid olduğunu, oradan isə istehlakçı sualları ilə bağlı olaraq «bocdan bağlı olan» telefonlara, yəni baş ofisə yönləndirirlər. Bu faktı isə «Ayan» MMC-nin Məhəmməd Məmmədov adlı yetkilisi «ola bilər, deyərik telefonları açarlar» cavabı ilə cavablandırdı.

Maraqlıdır ki, «Ayan» MMC-nin satışa çıxardığı «Beloçka» tumlarının qablaşdırılması zamanı «Stimullaşdırıcı Lotoreyalar haqqında» qanunun da bir sıra tələbləri pozulub. Məsələn qanunun tələblərinə görə uduşa çıxarılan məhsulun çeşidi, həcmi və sayı, uduşun keçirilmə tarixi, müddəti barədə dəqiq məlumamtlar yer almalıdır. «İstehlakçıların hüquqları haqqında» qanunun da tələblərinə uyğun olaraq bu məqamlar öz əksini tapır.

Ümidvarıq ki, istehlakçılara qarşı bu qədər kobud yanaşan, qanunların tələblərinə məhəl qoymayan «Ayan» MMC ilə bağlı sadalanan faktlara dair rəsmi qurumlar da mövqeyini açıqlayacaq.