Üç mindən artıq zərərçəkən pulunu tələb edir
29-08-2015, 11:20
Oxunub: 3 658
Məhkəmədə hakimin sualı, aldadılan payçıları qəzəbləndirdi
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi" MTK-nın vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə bir qrup zərərçəkən dindirilib. İfadə verənlər onlara məxsus daşınmaz əmlakın istifadələrinə verilməsini, bu mümkün deyilsə, MTK-ya ödədikləri vəsaitin geri qaytarılmasını tələb ediblər.
Hakimlərin zərərçəkmişlərə "ev tikmək üçün icazə almısınız" sualı ilə müraciət etməsi onları hiddətləndirib. Onlar bildiriblər ki, torpaq alıb ev tikdikləri ərazidə "Sevil Massivi" MTK da ev tikib. Və MTK rəhbərliyi payçılara bildirib ki, bu ərazidə torpaq alandan sonra icazəsiz ev tikmək hüququna malikdirlər.
Zərərçəkmişlərin dindirilməsi 4 sentyabr 2015-ci il tarixdə keçiriləcək məhkəmə prosesində davam etdiriləcək. "Sevil Massivi" MTK-dan əvvəlcə 3250 zərərçəkən olub, sonradan onlardan bəziləri təklif olunan məbləğlə razılaşıb və prosesdən çəkilib. Hazırda 3 minə yaxın zərərçəkən var.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovanın kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan barələrində cinayət işi açılıb.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes