BolgeXeber.Com » Ölkə » Qazaxda məmur özbaşınalığı narazılıq yaradır... - ŞİKAYƏT VAR

Qazaxda məmur özbaşınalığı narazılıq yaradır... - ŞİKAYƏT VAR

2-10-2015, 19:08
Oxunub: 3 685 Qazaxda məmur özbaşınalığı narazılıq yaradır... - ŞİKAYƏT VARQazaxda icra başçısının müavini Fərman Nağdalıyevə və şöbə müdiri Tahir Musayevə qarşı ittihamlar irəli sürülüb

Bolgexeber.com xəbər verir ki, Səməd Vurğun küçəsinin sakinlərindən - Ayna Aşurova, Nəsibə Nəsibova və Möhsün Kərimov problemlə üzləşib. Şikayətçilərin qonşuluğunda yaşayan digər iki vətəndaş, S.Vurğun küçəsi 58 saylı evin sakini Əhməd Xəlilov və 64 saylı evin sakini Xıdır Səfərov bir müddət bundan əvvəl yaşadıqları mənzillərin sahəsini artırmaq məqsədilə qanunsuz tikinti işlərinə başlayıblar. Xalqxeber.az yazıb ki, artırma üçün nəzərdə tutulan əlavə sahə isə bu evlərin qarşısından keçən ümumi yolun ərazisindən zəbt olunub. Ərizədə bildirilir ki, aparılan tikinti işlərinin nəticəsində yolun eni həmin ərazidə 10 metrdən 4 metrə qədər azalıb. Bu isə qonşuların avtomobillə əraziyə giriş-çıxışlarında böyük məhdudiyyətlər yaradıb. Ərizəyə əlavə olaraq, şikayətçilər həmçinin Qazax RİH-nin Ərazi idarəetmə şöbəsinin müdiri M.Alıyev, Memarlıq və tikinti şöbəsinin böyük mühəndisi A.Hüseynov, Qazax RİH başçısının Qazax şəhəri inzibati dairəsi üzrə nümayəndəliyinin rəhbəri A.Vəliyev və Qazax MİS-in rəisi E.Axundov tərəfindən imzalanmış aktın və Qazax rayonu Qazax bələdiyyəsinin sədri O. Hüseynov tərəfindən imzalanmış məktub-arayışın surətlərini də təqdim ediblər. Hər iki sənəddə aydın şəkildə təsdiq olunur ki, vətəndaşlar Əhməd Xəlilov və Xıdır Səfərov tərəfindən aparılmış tikinti işlərinə heç bir aidiyyatı olan qurum tərəfindən icazə verilməyib. Əhməd Xəlilov Şəmkir rayonunda yerləşən Hərbi prokurorluğun Qeydiyyat şöbəsinin rəisidir. Təbii ki, bu vəzifə artıq özü-özlüyündə müəyyən nüfuzdan xəbər verir. Əhməd Xəlilova Qazax RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayev havadarlıq edir ki, bu da haqsız qonşunun mövqeylərini daha da gücləndirir.