Baş Prokurorluq daha bir mötəbər quruma üzv oldu
23-11-2015, 15:53
Oxunub: 5 839
Noyabrın 18-dən 20-dək Parisdə korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilib.
Bolgexeber.com Baş Prokurorluqdan verilən məlumata istinadən bildirir ki, “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibəti ilə həmin qurumun inzibati binasında baş tutub.
Qeyd edilən qurumların prezidenti, Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Baş prokuror Zakir Qaralovla əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC və EACN-ə üzvlük məsələsinin baxılması məqsədi ilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə sözügedən tədbirlərdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Baş Assambleyada Azərbaycanın quruma üzvlük məsələsinə səsvermə keçirilib və Azərbaycan Respublikası Prokurorluğu qeyd olunan təşkilata üzv qəbul edilib.
Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.
Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da günləndirilməsi məqsədi ilə “Paris bəyannaməsi” qəbul edilib və 16-cı illik Konfransın Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun (KNAB) təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində keçirilməsi qərara alınıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər