BolgeXeber.Com » Ölkə » Məktəb direktorunun aylığa çıxardığı şagirdlərin adları bəlli oldu- ARAŞDIRMA

Məktəb direktorunun aylığa çıxardığı şagirdlərin adları bəlli oldu- ARAŞDIRMA

9-12-2015, 17:19
Oxunub: 3 428 Məktəb direktorunun aylığa çıxardığı şagirdlərin adları bəlli oldu- ARAŞDIRMAAkif Səlimovun oğlu ilə Pərvanə xanımın əlaqələri müəllimlərdən alınan pulların və aylığa çıxan şagirdlərin pullarının şərikli qardaş malı kimi bölünməsindən ibarətdir

Laçın şəhər 1 saylı orta məktəbinin direktoru Bayramova Pərvanə Rəhim qızı haqqda araşdırmalar davam edir.
Laçın rayon sakinləri və valideyinlərdən bir neçəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə sayt vasitəsi ilə şikayət məktubu ünvanlayıb.Həmin məktublara istinadən LİDERİNFO.AZ saytı Bayramova Pərvanə Rəhim qızının kim oluğunu ortaya çıxara bilib.

Məktubu sizə olduğu kimi çatdırırıq:

"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev cənablarına!

Ölkəmizdə dini radikalizmlə mübarizə getdiyi bir dövrdə,qardaşı vəhabi təriqətinin üzvü olan Laçın şəhər 1 saylı orta məktəbinin direktoru Bayramova Pərvanə Rəhim qızı məktəbi korrupsiya ocağına çevirib.

Həmçinin qardaşı Bayramov Elsəvər Rəhim oğlu vəhabilik təriqətinin fəallarındandır. Ölkəmizdə dini radikalizmlə mübarizə aparıldığı bir dövrdə Pərvanə Rəhimova qanunsuz əməllərinə etiraz edənləri vahabi qardaşıyla hədələməkdədir.

Beləki Pərvanə xanım dövlətin məktəbini ata mülkü hesab edərək hər dərs ilinin başlancığında sentyabrın 15 də ibtidai sinif açmaq adıyla 100-140 manat məbləğində pul tələb edib müəllimlərdən və digər işçilərdən yığaraq varına var qatır. Ancaq yığılan pullarla heç bir iş görülmür.Hər maaşda minbir bəhanələrlə müəllimlərdən 10-15 manat pul yığır.11-ci sinif şagirdlərindən 1500- 2000manat pul alır və həmin şagirdlərdə dərsə gəlməyərək repititir yanında dərs alırlar. Ötən illər ərzində sahibkar xanım məktəbin 11-ci sinifinə İmkanlı, məcburi köçkün olmayan şagirdlər qəbul edib 1500 -2000 manat qarşılığında aylığa buraxır. Məktəbdə dərs deməyib başqa işlə məşğul olanların adına dərs yazılır və əmmıkhaqqı kartlarında yenə məktəbin sahibkarı Pərvanə xanımın cibində olur. 10 il dərsə gəlməyən müəllimin adına dərs yazıb kartını özü istifadə edir.10 nəfər təsərüfat içsindən 4-ü işləyir qalanlarının kartı sahibkar Pərvanə xanımın cibindədir.Fond pulu adına hər müəllimdən məcbur edib qol çəkdirib 30 manat pul yığır.Təhməzov Zabit bizneslə məşğuldur ancaq adı məktəbdə gedir.Əliyeva Xatirə 10 ildir məktəbə gəlmir rus dili müəllimi kimi adı məktəbdə gedir.Abduləzimova Rövşanə dillər institutunun tərcüməçilik fakultəsini bitirib, heç bir kursdan keçməyib ancaq müəllim işləyir. Əliyeva Xatirə Cənnət qızı 10 ildir dərsə gəlmədiyi halda dərs yükü yazılır əməkhaqqı kartı sahibkar direktorun cibindədir. Hər iclasda müəllimləri təhqir edir, pul verməyəndə söyüş söyür.

Bacısı Bayramova Solmaz məcburi köçkün olmadığı halda1998-ci ildə Hacıqauldan Bakıya köçüb, məcburi köçkün kimi bütün imtiyazlardan istifadə edir.Pərvanənin özü Qəbələli ərindən kağız üstə boşanıb.Məcburi köçkünlərə verilən evdən qanunsuz yolla alıb.Qanunsuz olaraq bacısı Solmaz Bayramova da həmin yolla məcburi köçkün olmaya olmaya Qaçqınkomdan mənzil alıb.Müəllimlərdən yığdığı vəsait hesabına Badamdarda villa tikdirir.

Məktəbimizdə olan qanunsuzluqları sizə göstərmək üçün xahiş edirəm məktəbə yoxlama komissiyası göndərəsiniz.
Bundan başqa digər faktları məktəbdə sübut etməyə hazıram.

Sizdən xahiş edirəm məktəbimizdəki korrupsiya və özbaşınalığın qarşısını alaraq,məktəb direktoru Bayramova Pərvanə Rəhim qızı barəsində lazımi,ciddi tədbirlər görəsiniz".
Baxışov Müqabil

Bu məktubdan əlavə olaraq yuxarıda göstərdiyimiz aylığa çıxan şagirdlərin adlarını sizə təqdim edirik:
Əliyev Azər,
Əzimov Əliyusif,
Mirzəyev Əli,
Suleymanlı Aynel,
Şirinzadə Hüseyn