Dövlət şirkəti şəhidin pulunu “yedi” - Müraciət
2-03-2016, 16:06
Oxunub: 2 866
Azərbaycan Dövlət Siğorta Şirkəti şəhid ailəsi tərəfindən məhkəməyə verilib
Bununla bağlı AzNews.az-a iddiaçı, şəhid anası Əpruz Ağaməmmədova məlumat verib.
Onun sözlərinə görə, oğlu Şabıyev Səyyar Aslan oğlu 1992-ci ilin əvvəllərində Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, döyüşmək üçün Qarabağ bölgəsinə göndərilib. O, Qubadlı, Füzuli rayon istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 1992-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Yardımlı rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Ə.Ağaməmmədova hərbi qulluqçular dövlət tərəfindən məcburi siğortalandığından, 11 min manat məbləğində siğorta pulunun verilməsi üçün dövlət siğorta siyasətini həyata keçirən Dövlət Siğorta Şirkətinə müraciət edib, lakin bu günə kimi siğortanı naməlum səbəblərdən ala bilməyib.
Buna görə də ailə məcburiyyət qarşısında qalaraq dövlət şirkətini məhkəməyə verib. Binəqədi rayon məhkəməsində 3 noyabr 2014-cü il tarixində məhkəmə keçirilib. Hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə şəhid ailəsinin lehinə qərar çıxarılıb. Şəhid üçün nəzərdə tutulan sığorta pulunun tez bir zamanda ailəsinə verilməsi tələb olunub. Lakin məhkəmədən 2,5 ildən də çox vaxt keçməsinə baxmayaraq Dövlət Siğorta Şirkəti çıxarılan qərarı icra etmir. Şirkət bunu maliyyənin olmamasıyla izah etməyə çalışır.
Şəhid ailəsi bu dövlət qurumunun özbaşınalığı ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəyini bildirir: “Neçə illərdi, biz öz haqqımızı ala bilmirik. Hansı qapını döyürüksə hörmətsizliklə qarşılanırıq. Xırda məmurlar şəhid ailələrinə də hörmət qoymur. Sağ olsun Binəqədi məhkəməsi, bizim iddiamızı təmin elədi. Lakin Dövlət Siğorta Şirkəti məhkəmə qərarını da saya almır. İndi ümidimiz ölkə Prezidenti İlham Əliyevədir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər