BolgeXeber.Com » Ölkə » Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR

Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR

20-10-2016, 16:13
Oxunub: 2 469 Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLARŞəmkir rayonunun Qasım İsmayılov kənd sakini Etimad Qəhriyev Təhsil Nazirliyinin bu qurumun ünvanına göndərilən məktub və teleqrama biganəliyindən gileylidir

O, ali təhsilli dil-ədəbiyyat müəllimi olduğunu, lakin indiyə qədər işləmədiyini deyir.

Aprel döyüşlərinin iştirakçısı olan Şəmkir sakini hafta.az-a açıqlamasında deyib ki, işlə təmin olunması ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə teleqram göndərsə də, adıçəkilən qurum onun suallarını cavabsız qoyub.
Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR
Özü və ailəsi haqqında məlumat verən Şəmkir sakini deyir ki, həyat yoldaşı da onun kimi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Həyat yoldaşı bu ilin avqustunda imtahan yolu ilə Lerik rayonunun Əvilə kəndinə təyinat alıb. Özü imtahanların keçirildiyi dövrdə hərbi xidmətdə olduğu üçün Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi işə qəbul imtahanında iştirak edə bilmədiyini iddia edir:

“Özüm aprel döyüşlərinin iştirakçısıyam. Zabit olmuşam. İşə qəbul imtahanları vaxtı hərbi xidmətdə idim. Yoldaşım Lerikə təyinat aldı. Sentyabrın 13-ü biz buraya köçəsi olduq. İndi Əvilə kəndində dil-ədəbiyyat müəllimi işləyir. Həmin kənddə başqa vakansiya yox idi. Özüm burada boş qalmamaq üçün iş axtarmağa başladım. Əvilə kəndində dövlət dəstəyi ilə yeni məktəb binası tikilir. Hazırda şagirdlər evlərdə dərs keçirlər. Qonşu kəndlərdə isə Azərbaycan dili və ədəbiyyatı üzrə 2 boş yer var. Rayon təhsil şöbəsinə müraciət etdim. Bildirdilər ki, vakant yerlər üçün təyinatı ancaq Təhsil Nazirliyi həyata keçirir”.
Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR
Etimad Qəhriyev deyir ki, sentyabr və oktyabr aylarında üç dəfə Təhsil Nazirliyinə müraciət etsə də, nazirlik onun göndərdiyi teleqramlara heç bir cavab verməyib:

“Hər şeyi birinci teleqramda izah etdim. Cavab gəlmədi, on gün sonra ikinci teleqramı göndərdim. Sadəcə, teleqramların Təhsil Nazirliyinə çatması haqda poçtdan mənə kağız gəlirdi. Sonra üçüncü teleqramı göndərdim. Heç bir xəbər yoxdur. Ümumilikdə, teleqramlara 20 manatdan artıq xərc çəkmişəm. Dolanışığım çətindir. Kimlər üçünsə bu pulun dəyəri az ola bilər, amma mənim üçün çoxdur. Deməli, bir aydan artıqdır Lerikin Zuv və Şüyən kəndlərində Azərbaycan dili və ədəbiyyatı ixtisası boş qalıb. Təhsil Nazirliyi isə teleqramları cavabsız qoymaqla məşğuldur. Şagirdlərə isə başqa ixtisas müəllimləri Azərbaycan dili və ədəbiyyatı dərsi deyir”.

Məsələ ilə əlaqədar Lerik Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov hafta.az-a açıqlamasında bildirdi ki, Etimad Qəhriyevin işlə təmin olunması onların səlahiyyətində deyil:

Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR
“Vakant yerləri nazirlik müəyyənləşdirir. Qanunla gələn ili gözləməlidir. İmtahan verib Lerikdəki vakant yerə yiyələnmək mümkündür. Rayonumuzda Azərbaycan dili və ədəbiyyatı üzrə boş yerlər var. Vakansiyaları nazirliyə təqdim etdik. Amma dağ kəndləri olduğu üçün çoxları həmin yerlərdən imtina etdi. Burada qış çox soyuq keçdiyindən həmin kəndlərdə müəllim kimi işləmək istəmirlər. Etimad Qəhriyev nazirliyə teleqram göndərib. Yəqin ki, tezliklə ona bir cavab veriləcək. Nazirlikdən müsbət cavab gəlsə, o, işlə təmin ediləcək”.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Nazirlikdən mövzu ilə bağlı suallarımızı cavablandıra biləcək kimsə tapılmadı.
Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR
Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR
Təhsil Nazirliyi aprel döyüşlərinin iştirakçısının teleqramlarına CAVAB VERMİR? - FOTOLAR