“Elektron İttiham” proqramının təqdimatı keçirilmişdir
25-09-2019, 09:25
Oxunub: 3 845
Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi və Bakı Şəhər prokurorluqlarının əməkdaşlarının, eləcə də Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin nümayəndələrinin iştirakı ilə “Elektron İttiham” proqramının təqdimatı keçirilib
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, tədbirdə Baş prokurorun müavini Namiq Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı barədə məlumat verib.
Bildirilib ki, proqram Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin təqdim etdiyi parametrlər əsasında Baş Prokurorluğun informasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanıb. Proqram cinayət işlərinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə daxil olduğu vaxtdan həmin işlər üzrə yekun qərarların qəbul olunmasınadək olan dövr ərzində bütün məlumatların, arayışların elektron qaydada sənədləşdirilməsini özündə ehtiva edir.
Təqdimat mərasimində “Elektron İttiham” proqramının funksionallığı nümayiş etdirilib, proqramın iş prosesi ilə əlaqədar suallar ətraflı cavablandırılıb, eyni zamanda, proqramın iş rejimi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər