İctimai Birliyin sədri və müavini icra başçısı ilə görüşüb
23-09-2021, 12:30
Oxunub: 3 080
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və müavini Aris Məmmədov 27 sentyabr Anım günü ərəfəsində Tərtər rayonuna səfər etmişdir. Səfərdə məqsəd I Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri, veteranları, şəhid ailələri ilə görüşərək onların döyüş xatirələrini dinləmək, şəhid məzarlarını, ailələrini ziyarət etmək, onların problemləri və qayğıları ilə maraqlanmaqdır. Keçirilən görüşlərdə İctimai Birliyin sədri və müavini ilə birlikdə İctimai Birliyin Tərtər filialının sədri Suliddin Yusifov, Tərtərli Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynovun oğlu Emin Hüseynov və Vəzir Orucovun qardaşı Dadaş Orucov da iştirak edəcək. Bu barədə səfər çərçivəsində sədr Mehdi Mehdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşərkən məlumat vermişdir.
Səfər çərçivəsində İctimai Birliyin nümayəndələri Tərtər rayonunun infrastrukturuna Vətən müharibəsi zamanı dəymiş ziyanla, aparılan təmir-bərpa işləri ilə də tanış olacaqlar.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər