BolgeXeber.Com » Ölkə » Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

29-12-2021, 10:41
Oxunub: 1 784 Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.
Polis hadisənin təfərrüatını araşdırır.