BolgeXeber.Com » Ölkə » Mayın ilk bazar günü hava necə olacaq - PROQNOZ

Mayın ilk bazar günü hava necə olacaq - PROQNOZ

4-05-2024, 12:52
Oxunub: 928
Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.