Sabah muzeylərə giriş pulsuz olacaq
26-09-2017, 19:29
Oxunub: 5 090
27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.
Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, 27 sentyabr həm də Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub.
Sabah Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər