Aslan İsmayılov reanimasiyada
7-10-2011, 18:05
Oxunub: 5 976
Buna baxmayaraq F.Nəcəfov kobudluq etməklə sənədləri verməkdə və ya A.İsmayılovun özünü ofisə çağırmaqda israr edib
Tanınmış vəkil Aslan İsmayılov oktyabrın 6-na keçən gecə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilən A.İsmayılovun təzyiqinin yüksək olması və ürəyindəki problem üzündən səhhətində kritik ağırlaşma baş verdiyi üzə çıxıb.
A.İsmayılovu tanıyanlar ona baş çəkməyə getdiyi bir vaxtda Vəkillər Kollegiyası (VK) sədrinin müavini Fərhad Nəcəfov başının dəstəsi ilə onun ofisinə basqın edib. A.İsmayılovun köməkçilərindən hansısa sənədlər tələb edilib. Vəkilin köməkçiləri F.Nəcəfova izah edib ki, tələb etdikləri sənədləri onlara yalnız reanimasiyada olan A.İsmayılov verə və ya göstərə bilər. Buna baxmayaraq F.Nəcəfov kobudluq etməklə sənədləri verməkdə və ya A.İsmayılovun özünü ofisə çağırmaqda israr edib. Bu zəngin A.İsmayılovu əsəbiləşdirəcəyini, onun vəziyyətini daha da ağırlaşdıracağını F.Nəcəfova izah edilsə də nəticəsi olmayıb. F.Nəcəfovun israrlı tələbi qarşısında köməkçilər məcbur qalaraq ona zəng vuraraq vəziyyəti deyiblər. Sonra İsmayılov Nəcəfovla danışıb və sonuncu ofisi başının dəstəsi ilə tərk edib.
Məsələ ilə bağlı A.İsmayılovun özü ilə əlaqə saxladıq. Vəkil bunları dedi: “Fərhad Nəcəfov ofisimə gəlib, işçilərin üstünə qışqırıb. Amma kollegiya rəhbərliyi də bilməlidir ki, mən də bütün insanlar kimi xəstələnə və reanimasiyaya düşə bilərəm”.
VK sədrinin müavini ilə də danışmaq istədik. Lakin F.Nəcəfovu VK-da tapa bilmədik. Onu da dinləməyə hazırıq.
Qeyd edək ki, A.İsmayılov Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarının vəkilidir. Nurəddin Zülfüqarlı çökmüş zavodları alaraq on milyonlarla vəsait sərf edib və zavodları dirçəldib. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iş adamından zavodları onlara verməyi tələb edib. Bununla razılaşmayan N.Zülfüqarlı qanunsuz olaraq həbs edilib, vəkili A.İsmayılov onunla görüşə buraxılmayıb. A.İsmayılov mətbuata açıqlamalar verəndən sonra vəkilə təzyiqlər başlayıb. Sonuncu basqın da o, xəstəxanaya düşəndən sonra güvənməli olduğu VK tərəfindən təşkil edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər