BolgeXeber.Com » Müsahibə-Reportaj » "BP"-yə qarşı ittihamlar çox zəifdir"

"BP"-yə qarşı ittihamlar çox zəifdir"

15-10-2012, 08:15
Oxunub: 4 681 Qubad İbadoğlu: “Onların arasında ən absurdu Azərbaycanda oldu”

"Dünyada "bp"-yə qarşı çox müxtəlif ittihamlar olsa, onların arasında ən absurdu Azərbaycanda oldu". Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu öz facebook səhifəsində yazıb.
İqtisadçı qeyd edir: "Proqnozlar heç vaxt 100 faiz yerinə yetrilmir. Azərbaycanda iqtisadi artımla bağlı da hökümətin proqnozları da özünü doğrultmur. Odur ki, proqnoza əməl edilməmə ittihamı və proqnoz göstəricisi ilə faktiki göstərici arasında fərqin dəyər göstəricisinə çevrilməsi yolu ilə hesablanmış qazanılmayan gəlirin zərər kimi təqdim olunması dünyanın ümumilikdə 4-cü şirkəti, enerji sektorunda isə 3-cü şirkəti olan 2011-ci ildə satışdan və digər əməliyyatlardan 375 milyard 517 milyon dollar gəlir əldə edən, illik mənfəəti 39,8 milyard dollar olan bp-yə qarşı irəli sürülən ittiham çox zəif ittihamdır. BP kapital xərclərini şişirtməkdə, ekologiyaya ziyan vurmaqda, şəffaf fəaliyyət göstərməməkdə ittiham edilsəydi, yenə burda bir məntiq və arqument tapmaq olardı".
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilən 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident İlham Əliyev tərəfindən "bp" şirkətinə qarşı sərt ittiham və tənqidlər səsləndirilib.