BolgeXeber.Com » Media » ANS-in müxbirlərinə təzyiq edildi

ANS-in müxbirlərinə təzyiq edildi

17-08-2011, 17:05
Oxunub: 4 543 Bu gün ANS TV-nin Gəncə bürosunun əməkdaşları Təhminə Tağızadə və Fuad Rzayev vəzifə borcunu yerinə yetirərkən, yerli hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalıb.

Hadisə Gəncənin Nizami küçəsində “Memarlıq evi”nin yerləşdiyi və 100-dən çox yaşı olan tarixi binanın icra strukturları tərəfindən sökülməsi haqda çəkiliş aparan zaman baş verib. ANS-in hadisə yerindən çəkiliş aparmağa çalışan əməkdaşları ərazidən zorla uzaqlaşmağa məcbur ediliblər.