Fikrət Fəraməzoğlu seçkilərə qatılır
14-09-2010, 02:35
Oxunub: 6 922

"Nonsens" qəzetinin baş redaktoru 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürəcək
Tanınmış jurnalist, «Nonsens» qəzetinin baş redaktoru Fikrət Fəraməzoğlu parlament seçkilərində iştirak etmək qərarını verib. Bu barədə “Bolgexeber.com”-un əməkdaşına açıqlama verən baş redaktor bildirib ki, həftənin 3-cü günü sənədlərini yerli DSK-ya təqdim edəcək.
Fəraməzoğlu bildirib ki, namizədliyini 72 saylı Yardımlı-Masalı seçki dairəsindən irəli sürəcək. «Hələ 2005-ci ildə də parlament seçkilərində 72 saylı Yardımlı-Masalı dairəsindən namizədliyimi irəli sürmüşdüm. Bu dəfə də seçimim dəyişməz qalıb. Çünki doğulduğum, böyüdüyüb kənd bu dairənin ərazisində yerləşir və bu səbəbdən də başqa bir dairədən namizəd olmağım mənəvi cəhətdən doğru olmazdı».
Tanınmış jurnalist onu da bildirib ki, namizədliyini irəli sürəcəyi dairədə şansları kifayət qədər çoxdur və bu seçkilərdə əvvəlkindən fərqli olaraq, daha fərqli taktika ilə hərəkət etmək fikrindədir. «Ötən seçkilərdə etiraf edim ki, təcrübəsizlik bir sıra problemlər yaratdı. Amma ona baxmayaraq, yenə də seçkilərin qalibi olaraq göründüm. Bu dəfə isə tamam fərqli bir yanaşma və taktika ilə hərəkət etmək barədə düşünürəm. Eyni zamanda, ötən seçkilərdən fərqli olaraq, bu dəfə qələbəmin təmin edilməsi üçün sonadək mübarizə aparacam».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər