BolgeXeber.Com » Media » Ölkənin aparıcı qəzetlərindən manşetlər – 27.10.2011

Ölkənin aparıcı qəzetlərindən manşetlər – 27.10.2011

27-10-2011, 11:40
Oxunub: 4 121 “Yeni Müsavat” qəzeti

Qəzetin bugünkü sayının önəm verdiyi əsas manşet belədir: ““Mossad”a yaxın sayt Bakı-Təl-Əviv əlaqələrinin yeni detallarını açdı”. Manşeti “İsrailin Azərbaycanla sensasion hərbi tərəfdaşlığı” başlığı tamamlayır.
Bundan başqa, qəzetin bugünkü sayında “Obama diktatorları yenə hədələdi”, “Müsavatçı vicdan məhbusunun evini yandırmaq istədilər”, “Pənah Hüseyn: “Xalq hərəkatının yeni dalğası hər an gözlənilir”, “YAP 2013 seçkisindəki namizədinin adını açıqladı”, “İctimai Palata oktyabrın 29-na sessiya təyin etdi”, “Bakıda 50-dək fırıldaqçı tikinti şirkəti var”, “Şahin Ağabəylinin vəfatından bir il ötdü” kimi xəbərlərlə yanaşı, “Rövnəq Abdullayevin saxta hesabat paxırı açılıb” başlıqlı yazılarla də tanış olmaq mümkündür.
“Azərbaycan” qəzeti

Qəzetin bugünkü buraxılışının əsas manşetində “Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir” başlıqlı xəbər yer alır. Mövzu ilə bağlı fotolar da qəzetdə öz əksini tapıb.
Bundan başqa, qəzetdə “Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir”, “Azərbaycan prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etmişdir” başlıqlı yazılar, ölkə başçısının sərəncam və məktubları və s. materiallar dərc olunmuşdur.

“Azadlıq” qəzeti

Qəzet bu günə olan manşetində qeyd edib: “Obamadan diktatorlara ölüm xəbərdarlığı”, ““Azərbaycanı bu şər hakimiyyətindən azad etməliyik””, “Gənclər Türkiyəyə dəstək aksiyası keçirdi”.
“Azadlıq” qəzetinin önəm verdiyi digər başlıqlar belədir: “Ketrin Eşton Azərbaycana gəlir”, “Vasif Talıbov Naxçıvanı cəhənnəmə çevirib”, “Zakir Qaralov niyə əməliyyatçı saxlamaq istəyir?”, “2015-ci ilədək Neft Fondu talan ediləcək”, “Mingəçevir su anbarı zəif təkana bənddir”, “Əli Əhmədovun qardaşının adı pul qalmaqalında”, “İsmət Abbasovun “tender oyunu”” və s.

“525-ci” qəzet

Qəzet bu günə olan əsas manşetində ““Biz bu məsələni Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə müzakirə edəcəyik”” başlıqlı yazı dərc olunub.
Bundan başqa, qəzet aşağıdakı başlıqlara önəm verib: “Qadınlar üçün nikah yaşı 18-ə qaldırılır”, “MTN narkotik cinayətində təqsirli bilinən 13 nəfəri ifşa edib”, “Türkiyə İsraildən yardım istədi”, “Əhmədinejad: “Qəzzafinin bildiyi faktları deməməsi üçün öldürüblər” və s.