Vüqar Səfərlidən jurnalistlərə şad xəbər
28-10-2011, 13:50
Oxunub: 5 335
Binanin təməli yaxin günlərdə qoyulacaq
“Jurnalistlərin mənzil probleminin həlli ilə bağlı aparılan işlər tamamlanmaq üzrədir. Tikiləcək binanın smetası hazırlanıb və Fövqəladə Hallar Nazirliyinin ekspertizasına verilib. Ekspertizanın rəyi artıq açıqlanıb. Yəqin ki, yaxın günlərdə binanın inşasına başlanacaq”.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə açıqlamasında bildirib. V. Səfərli deyib ki, binanın təməlinin qoyulmasının gecikməsi texniki məsələlərlə bağlıdır: “Mənzillərin və mərtəbələrin sayı ilə bağlı olaraq smeta bir neçə dəfə dəyişdirilib. Bu da vaxtın uzanmasına səbəb olub. Artıq sənədləşmə məsələləri həll olunub. Yaxın günlərdə binanın təməl qoyma mərasimi keçiriləcək və binanın inşasına start veriləcək. Bina tikildikdən sonra meyarlar müəyyənləşəcək və meyarlara uyğun olaraq mənzillər təmirli şəkildə jurnalistlərə təqdim olunacaq”.
İcraçı direktor jurnalistlərin sənədlərini fərdi şəkildə təqdim edəcəklərini açıqlayıb.
V. Səfərli bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacağını da deyib. Onun sözlərinə görə, dekabr ayında gələn il üçün media üzrə qrant layihələrinin təqdimatı elan olunacaq. 2012-ci ilin yanvar ayından etibarən bu layihələr həyata keçiriləcək. V. Səfərli deyib ki, layihələr 19 istiqamət üzrə müəyyənləşəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər