Əflatun Amaşov beynəlxalq təşkilata sədr seçildi
28-10-2011, 18:25
Oxunub: 5 191
Bakıda cümə günü keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunda Türkdilli ölkələrin və toplumların Media Birliyinin Koordinasiya Şurası formalaşıb.
Bolgexeber.com-un məlumatına görə, bu barədə qərar Türkdilli dövlətlərin və toplumların II Media Forumunda qəbul olunub.
Ölkələr və toplumlar üzrə yerli komitələr də formalaşdırılıb. Yerli komitələrin sədrləri avtomatik olaraq Koordinasiya Şurasının üzvü seçiliblər.
Prosedur qaydalarına əsasən, II Forum Azərbaycanda keçirildiyinə görə Əflatun Amaşov Türkdilli ölkələrin və toplumların Media Birliyinin sədri seçilib.
Aparıcı KİV-lər, o cümlədən Trend Beynəlxalq İnformasiya Agentliyi, Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan üzrə yerli komitəyə üzv seçiliblər.
Daha sonra Koordinasiya Şurasının üzvlərinin adı açıqlanıb.
Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.
Bolgexeber.com-un məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.
Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan və Kosovadan nümayəndələr qatılıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər